Məhkəmə qərarları › İş №3(009)-639/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-639/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-639/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəziliyi Agentliyinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən tərtib edilmiş 18 aprel 2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında olan Şəxs Azərbaycan Respublikasının Qida Təhlükəziliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli ********** nömrəli qərar icra etməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəziliyi Agentliyinin nümayəndəsi Nümayəndə protokolun məzmununa uyğun izahat vermiş və inzibati xəta haqqında protokol əsaslı olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək bildirdi ki, xaricdən gətirilmiş 6-7 çeşid məhsul olmuşdur, AQTA-ya ərizə verilmiş, ərizə təsdiq olunmuş, lakin dövlət rüsumunun ödənilməməsi ilə bağlı cavab gəlmişdir. Bankda baş vermiş texniki səbəbdən ödəniş 1 gün gecikdirildiyindən sertifikat ləğv olunmuş, AQTA tərəfindən mallara yenidən baxış keçirilmişdir. Sertifikatla bağlı bildiriş gəldiyindən bunu müsbət cavab kimi qəbul etmişlər, daha sonra bütün mallara dair sertifikat alınmışdır. Qeyd olunanları nəzərə alaraq icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli qərardan görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli İD**********,İD0123Q31265 və İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qəhvə, isti şokolad, sirop, yaşıl çay və s. məhsullarına xx.xx.2023-cü il tarixində Bakı şəh., Səbail rayonu, Zərifə Əliyeva küç 3 ünvanında yerləşən anbarda baxış keçirilmiş və baxış zamanı məhsulların satış şəbəkələrinə paylandığı aşkar olunmuşdur. "Simurq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli İD**********, İDQ123031265 və İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qəhvə, isti şokolad, sirop, yaşıl çay və s. məhsullarının satışının dayandırılması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərəfindən xx.xx.2023-cü il tarixli İD**********,İD********** və İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qəhvə, isti şokolad, sirop, yaşıl çay və s, məhsullarının 10 gün müddətinə istehlakçılardan, bazarlardan və digər satış obyektlərindən geri çağırılması və bu bənddə göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi, istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmış qida və yem məhsulu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin məhsul haggında qərar verilənədək digər gida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanılması qərara alınmışdır. İş materiallarında olan Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin, idxal və ixrac olunan qida məhsullarının, qida təhlükəsizlik sertifikatının alınması üçün baxışın keçirilməsi haqqında aktdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli İD**********,İD0123Q31265 və İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qəhvə, isti şokolad, sirop, yaşıl çay və s. məhsullarına xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küç 3 (Second Cup) ünvanında yerləşən anbarda baxış keçirilmiş və baxış zamanı məhsullar anbarda aşkar edilməmişdir. Məhsulların bir qisminin başqa anbarda olduğu, bir hissəsinin isə Second Cup adlı kafe şəbəkələrində satışda olduğu aşkar olunmuşdur. İş materiallarında olan İdxal olunan X3 Təhlükəsziliyi Sertifikatının verilməsi üçün Elektron Ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə müraciət edilmiş, xx.xx.2023-cü il tarixdə elektron müraciət təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin XM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 544.2-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 115, 128-130 və 544.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar