Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-64/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, xx xxxxx 2019-cu il tarixli qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, xx xxxxx 2019-cu il tarixli qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-64/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə X1 şikayəti təmin edilmiş, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1624/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətinin təmin edilməsinə dair xx.xx.2020-ci il tarixli, 3(009)-64/2020 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İstifadəsində olan "Honda" markalı ** GF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydasının pozulması göstərilməklə Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə xx.xx.2019-cu il tarixdə BNA ******* nömrəli elektron qərar çıxarılmışdır. Bildirmişdir ki, sözügedən qərar qanunsuz, əsassız və qeyri-obyektiv olduğundan ləğv edilməlidir. Bakı Nəqliyyat Agentliyi tərəfindən sənədləşmə aparılan bütün hallarda o sükan arxasında olmuş və Agentliyin hər hansı bir əməkdaşı ona yaxınlaşmamış və ona xəta törətməyi barəsində heçnə bildirilməmişdir. Lakin Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində çıxarılmış BNA ******* nömrəli elektron qərar üzrə foto görüntülərdən də göründüyü kimi həmin xətalar “sonradan müşahidə kameralarına baxmaqla” qanunazidd şəkildə xüsusi texniki vasitələrin görüntüləri əsasında sənədləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən elektron qərar real vaxt rejimində çıxartmalıdır. Lakin çıxarılmış xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli elektron qərar xəta törədilməsi qeyd olunan vaxtdan 1 saat sonra çıxarılmışdır (təsdiqləyici sənədlər əlavə olunur). Bakı Nəqliyyat Agentliyi tərəfindən çıxarılmış xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli elektron qərarı ləğv edilməyini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edəsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X5, X4 barəsində tərtib olunmuş inzibati xəta haqqında qərarın tam əsaslı olaraq qəbul edildiyini və X4 tərəfindən verilmiş şikayət ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci məddəsinə əsasən 346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5.-ci məddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5.-ci məddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Yol hərəkəti haqqında" Qanunun 69-cu maddəsinin 17-ci bəndinə əsasən 1.17 nişanlanma xətti ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş foto şəkildən görünür ki, X2 idarə etdiyi “Honda” markalı 90GF200 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019-cu il tarixdə saat 17:27:21-də Yasamal rayonu, B.Vahabzadə küçəsində dayanma durma qaydalarını pozmuşdur. Göründüyü kimi, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, xx xxxxx 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarı İnzibati Xətalar Məcəlləsinin 124.5 və 124.6cı - məddələri ilə müəyyən edilmiş qaydalara uyğun qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X1 Bakı Nəqliyyat Agentliyinin “inzibati tənbeh vermə haqqında” BNA ******* saylı, xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Bakı Nəqliyyat Agentliyinin “inzibati tənbeh vermə haqqında” BNA ******* saylı, xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-64/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-64/2020
19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver