Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-64/2025 07.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Səbail rayon icra şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Səbail Rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş 07 fevral 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1761/2020-028 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1761/2020-028 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMCdən 129438.4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icra tədbirlərinə başlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1761 /2020-028 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin direktoru ( qanunu təmsilçisi) X2 xx.xx.2021-ci il tarixdə icra məmurunun icrata başlamaq haqqında qərarı təqdim olunmuş və izahatı alınmışdır. O, verdiyi izahatında hər ay 3000 manat ödəyəcəyini bildirmiş və bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edəcəyini bildirmişdir. Borcluya məxsus daşınar əmlak aşkar edilmiş və əmlakın axtarış qərarə qəbul edilərək icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş, eyni zamanda sözügedən nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmaqla bağlı təqdimatla məhkəməyə müraciət olunmuşdur. Səbail Rayon Məhkəməsinin 8(009)-426/2021- saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə sözügedən əmlak üzərinə həbs qoyulmuş və icra edilməsi üçün Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən şöbəyə daxil olmuş məktubda sözügedən nəqliiyat vasitəsinin özgəninkiləşdirildiyi qeyd edimişdir. Borcluya məxsus bank hesablarına həbs və inkasso sərəncamları göndərilmişdir. Lakin hesablarda pul vəsaiti aşkar olunmamışdır. Sonrakı müddət ərzində borclu "xxxx" MMC-yə və direktoru (qanunu təmsilçisi) X2 xəbərdarlıqlar olunmasına baxmayaraq icra sənədində göstərilən tələbi təmin etməmişdir. Sonuncu dəfə "xxxx" MMC-yə və direktoru (qanunu təmsilçisi) X4 xx.xx.2024-cü il tarixdə şöbədə olarkən icra sənədinin icrası ilə bağlı ondan yazılı izahat alınmışdır. O_ verdiyi izahatında şirkətin heç bir fəliyyətinin olmadığını və xx.xx.2020-ci il tarixdən bu günə qədər heç bir ödəniş etmədiyini, ödəniş edə bilməməsinin səbəbi kimi şirkətin müflis olmasını izahatında qeyd etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1761/2020-028 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbi yerinə yetirməyən borclu "xxxx" MMC-nin direktoru (qanunu təmsilçisi) X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin icra məmuru, Səbuhi Əhmədov, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs və zərərçəkmiş şəxs (tələbkar) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını və tələb olunaraq baxış keçirilmiş icra işini araşdıraraq belə qənəatə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.3 və 32.2-ci maddələrinə əsasən, inzibati xəta törətmiş Şəxs himayəsində iki azyaşlı uşağının olması inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 1200 (min iki yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-64/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-64/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver