Məhkəmə qərarları › İş №3(009)-640/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-640/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-640/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin müdafiəçisi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə2, Səbail rayon icra şöbəsinin icra məmuru Tural Aşurovun iştirakları ilə, İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı Apellyasiya Məhkəməsinin 2(103)-19/2023-049 nömrəli, 25 may 2023cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. 02 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırmışdır ki, Səbail rayon icra şöbəsinin icra məmuru X5 bu protokolu tərtib edir ondan ötrü ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-19/2023-049 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X2 Zərərçəkmiş şəxs xeyrinə 560 895,75 (beş yüz altmış min səkkiz yüz doxsan beş manat 75 qəpik) manat tutulmalıdır. Zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 70 000 (yetmiş min) manat tutulmalıdır. Zərərçəkmiş şəxs ödədiyi rüsumların əvəzi qismində 61,80 (altmış bir manat 80 qəpik) manat X2 Zərərçəkmiş şəxs xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manatın 100 (yüz) manatı Zərərçəkmiş şəxs, 250 (iki yüz əlli) manatı Şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəsissə ödəniləcək 200 (iki yüz) manat Şəxs tutularaq Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə Dövlət Layihə İnstitutunun hesabına (VÖEN: **********, H/h: AZ08AZFİ38060AZ**********006, "xxxx" ASC-nin Sahil filialı) köçürülməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və icra olunması üçün borcluya göndərilmişdir. “İcraata başlamaq haqqında” Qərar və “tələbin könüllü icrası ilə bağlı” bildiriş poçtun müvafiq qeydinə əsasən borcluya çatdırılmadan geri qaytarılmışdır. İcra sənədinin icrası ilə bağlı borclu barəsində bir sıra dövlət orqanlarına və müxtəlif bank təşkilatlarına sorğu ilə müraciət edilmiş, borclunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi ev 3, 3 saylı mənzilinin və "Porsche Cayenne" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə icra prosesinədək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-33/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən həbs qoyulduğu müəyyən olunmuşdur. Qeyd olunan avtomobilin axtarılması ilə bağlı xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək icra olunması üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Borclu Şəxs barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclu şöbəyə təhvil verilmişdir. “İcraata başlamaq haqqında” Qərar və “Tələbin könüllü icrası ilə bağlı” Bildiriş ona rəsmi aaydada təqdim olunmuş və ondan izahatı alınmışdır. X4 zahatında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etdiyini, məhkəmənin yekun qərarını gözlədiyini bildirmişdir. Qərar əleyhinə olarsa borc məbləğinin bir hissəsinin əvəzləşdirilməsinə etiraz etmədiyi bildirmişdir. İcra sənədinin icrası ilə bağlı X1nın mülkiyyətində o an ünvan 1 ünvanında ümumi sahəsi 54 kv. m olan mənzilin qiymətləndirilməsi üçün "xxxx" V.MC-dən qiymətləndiricinin dəvət edilməsi ilə bağlı xx.xx.2024 -cü il tarixdə qərar qəbul ed İmişdir. Borclu mənzilə baxış keçirilməsinə şərait yaratmamışdır. Həmçinin vəkilinə məlumat verilməsinə baxmayaraq şöbəyə gəlməmişdir. X1 barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclu şöbəyə təhvil verilmişdir. Borcludan İzahatı alınmışdır. Borclu izahatında məhkəmə qərarı barədə məlumatının olduğunu, lakin maddi imkansızlığından borcu tam olaraq ödəyə bilmədiyini qeyd etmişdir. Həmçinin mülkiyyətində olan avtomobilin 20000 (iyirmi min) manata digər şəxsə satılaraq əldə olunmuş vəsaitin tələbkara ödənilməsi ilə bağlı tələbkarka razılığa gəldiyini qeyd etmişdir. Əmək haqqından mütəmadi olaraq tutulmalar aparıldığını bildirmişdir. Borc məbləğini maddi vəziyyəti yaxşılaşacağı halda birdəfəlik, əks halda isə hissə hissə ödəyəcəyini qeyd etmişdir. Tələbkarın etibarnamə üzrə nümayəndəsi şöbəyə ərizə ilə müraciət edərək borcluya məxsus avtomobilin 20000 (iyirmi min) manata digər şəxsə satılaraq əldə olunmuş vəsaitin icra şöbəsinin depozit hesabına ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Borclu bugünədək borc məbləğindən 2222,50 manat ödəniş etmişdir. Hazırda borc 558673,25 manat təşkil edir. İş üzrə tələbkar tərəf borc məbləğinin birdəfəlik ödənilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq zərərçəkmiş şəxsin (tələbkarın) iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi Tural Aşurov barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirmişdir ki, məhkəmə qərarından xəbərdardır, o, icra sənədinin icrasından yayınmır, üzərinə həbs qoyulmuş avtomobilin satılmasına tələbkarın etiraz etmədiyini və satıldıqdan sonra məhkəmənin depozitinə yerləşdirildiyini, bundan başqa borcun əmək haqqına yönəldiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin müdafiəçisi Nümayəndə2, icra sənədi üzrə borcdan ödənişlər edildiyini, eyni zamanda borcun borclunun əmək haqqına yönəldiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-19/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs Zərərçəkmiş şəxs xeyrinə 560895,75 (beş yüz altmış min səkkiz yüz doxsan beş manat 75 qəpik) manat tutulması, Zərərçəkmiş şəxs "UFO DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 70000 (yetmiş min) manat tutulması, Zərərçəkmiş şəxs ödədiyi rüsumların əvəzi qismində 61,80 (altmış bir manat 80 qəpik) manat Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manatın 100 (yüz) manatı Zərərçəkmiş şəxs, 250 (iki yüz əlli) manatı Şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəsissə ödəniləcək 200 (iki yüz) manat Şəxs tutularaq Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətsənayelayihə Dövlət Layihə İnstitutunun hesabına köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 saylı qərardadı ilə "Porshe Cayenne" markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 2 ünvanda yerləşən mənzilin üzərinə həbs qoyulmuş, həmin mənzilin və avtomobilin özgəninkiləşdirilməsi Şəxs qadağan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 33/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə "Porshe Cayenne" markalı 90SG-225 dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 2 ünvanda yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi, həmin avtomobil və mənzillə bağlı qadağanın ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-19/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-19/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətə könüllü icra edilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarla borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarla borclu Şəxs məxsus “Porsche Cayenne minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarla icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 54 kv.m olan mənzilin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndiricinin dəvət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarla borclu Şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mülki öhdəliklərin yayınan şəxs qismində axtarışda olan Şəxs saxlanılmışdır. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, icra sənədindən xəbəri var və qətnamənin icrası ilə bağlı məlumat verilmişdir. İcra sənədini bugünədək tam şəkildə icra etməməyinin səbəbi imkansızlığıdır. Avotomobilinin 20.000 manata satılması ilə bağlı razılığa gəlmişdir. Bu məbləğ əldə olunan kimi icranın depozit hesabına qoyularaq dərhal ödəniləcək. Hər ay maaşından 500 manat tutulmaqla və avtomobilinin satılması ilə ödəniləcək. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, Şəxs mülkiyyətində ünvan 1 ünvanında ümumi sahəsi 54 kv. m olan mənzil və “Porsche Cayenne minik” markalı, 90-SG255 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli or0qan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 114 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar