Məhkəmə qərarları › İş №3(009)-641/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-641/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-641/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli, 16 mart 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 şikayətinə məhkəmə binasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli, 16 mart 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayəti aidiyyatı üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli, 16 mart 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 verdiyi şikayəti 04 mart 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur və bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürmüşdür. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 eyni zamanda ötürülmüş müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs şikayətin verilməsi müddətinin ötürülməsinin heç bir üzrlü səbəblərini göstərmədiyindən vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Avropa İnsan Hüquqları Məhkəməsi də (Worm. Avstriyaya qarşı qərar 83/1996/702/894, b.33) göstərmişdir ki, yerli qanuna əsasən məhkəmə qərarının yazılı surətdə tərəflərə verilməsi nəzərə tutulursa, qərarın verilməsindən imtinaya görə məsuliyyət məhkəmə orqanlarının üzərinə düşür. Məhkəmə həmçinin qeyd etmişdir ki, şikayət vermə müddəti məhkəmə qərarının tərəfə rəsmən verildiyi tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət verilməsi üçün müddət üzrlü səbəbdən ötürülmədiyindən, X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli, 16 mart 2019-cu il tarixli qərarından “buraxılmış müddətin bərpa olunması” barədə vəsatəti təmin edilməməli və şikayət ərizəsi ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1, 430, 432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli, 16 mart 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti ona geri qaytarılsın. X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli, 16 mart 2019-cu il tarixli qərarından “buraxılmış müddətin bərpa olunması” barədə vəsatəti təmin edilməsin. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar