Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-644/2022 20.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dovlət Yol Polisi İdarəsinin 11 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dovlət Yol Polisi İdarəsinin 11 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 22.09.2021-ci il tarixdə saat 21 :50 radələrində Səbail rayonu ərazisində Qoşa Qala qapısından çıxarkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlama səbəbi kimi Qoşa qala qapısından qəfil çıxması göstərilmişdir. Cərimə tətbiq ediləcəyi bildirilmişdir. İçkili olub olmaması soruşulmuşdur. O isə günorta vaxtı 1 stəkan pivə içdiyini bildirmişdir. O içkili olmadığını bildirsə də, yol patrul xidməti əməkdaşları alkotestr vasitəsi ilə içkili olmasını bildirmişlər. Narazı olduğunu bildirmişdir. Yol patrul xidməti əməkdaşı avtomobili cərimə meydançasına apardıqdan sonra baxacağını bildirmişdir. Daha sonra izahat yazmış və idarəyə dəvət edilmişdir. tol patrul xidməti əməkdaşları qərarla razı olmadığı üçün işin məhkəməyə göndəriləcəyini bildirmişdir. O narazı olduğu üçün Respublika Narkoloji Mərkəzinə müraciət edərək 1 saat ərzində müayinədən keçmişdir. İçkili olmadığı aşkar olunmuşdur. 20 dekabr 2021-ci il tarixdə məhkəmə haqqında məlumat almaq üçün idarəyə yaxınlaşmış və cərimə olunduğunu öyrənmişdir. Qeyd olunanlara əsasən Bakı Şəhər Baş Polis İdarəsinin Dovlət Yol Polisi İdarəsinin 11 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dovlət Yol Polisi İdarəsinin 11 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 13 aprel 2022-ci il tarixli iclasında iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsinin Dovlət Yol Polisi İdarəsinin nümayəndəsi Qanuni nümayəndə şikayətə etiraz edərək göstərmişdir ki, şəxs izahatında 1 stəkan pivə içdiyini bildirmiş və nəticə ilə razı olduğunu və həkimə getməyə ehtiyac olmadığını bildirmişdir. Hesab edir ki, şəxsin məhkəmə iclasında verdiyi izahat qeyri-səmimidir. X3 şikayətində göstərdiyi dəlillər onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsas ola bilməz. Hesab edir ki, alkotesterin göstəricisi qanuni və əsaslıdır. Odur ki, göstərdiklərini nəzərə alaraq şikayətin rədd edilməsini, Bakı Şəhər X4 İdarəsinin 11 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni hesab edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsinin Dovlət Yol Polisi İdarəsinin 11 noyabr 2021-ci il tarixli, TP ******* tarixli inzibati tənbeh vermə haqqında qərar hissəvi ləğv edilməli və iş baxılması üçün yenidən Bakı Şəhər Baş Polis İdarəsinin Dovlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı, 11 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 22.09.2021-ci il tarixdə saat 21:30-da Səbail rayonu, Ə.Əliyev küçəsində “Baic minik” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə, nəqliyyat vasitəsini idarəetmək hüququ olan şəxs tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş 22.09.2022-ci il tarixli, 2/13271 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən X2 22.09.2022-ci il tarixdə saat 22:35-də tibbi müayinə olunarkən ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 22.09.2021-ci il tarixdə saat 21:30-da Səbail rayonu, Ə.Əliyev küçəsində “Baic minik” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə, nəqliyyat vasitəsini idarəetmək hüququ olan şəxs tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X2 barəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, qərarda qeyd edilən pozuntu alkotester (texniki vasitənin köməyi ilə) ilə qeydə alınmışdır. Məhkəmə iclasında barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilmiş şəxsin nümayəndəsi həmin inzibati xətanın aşkar edilməsi zamanı alkotesterin qeydə aldığı nəticə barədə rəsmi sənədi təqdim etməmişdir. Halbuki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 22.09.2022-ci il tarixli, 2/13271 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən X2 22.09.2022-ci il tarixdə saat 22:35-də tibbi müayinə olunarkən ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri müəyyən edilməmişdir. Göstərilən səbəbdən də, mübahisələndirilən qərarın qanunvericiliyin tələblərinə uyğun qəbul olunduğunu müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, İXP ******* saylı 22.09.2021-ci il tarixli protokola dair sübutların məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi qeyd edilən halların araşdırılmaması X2 barəsində qəbul edilmiş qərarı şübhə altına alır. Halbuki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dovlət Yol Polisi İdarəsinin 22.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 11 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halın araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 22.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 11 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı İXM-nin 333.1-ci maddəsinə aid hissədə ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 22.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 11 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli qərarı İXM-nin 333.1-ci maddəsinə aid hissədə ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-644/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-644/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver