Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-645/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 16 avqust 1998-ci il tarixdə İmişli rayonu, Allahmədətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli şəhəri, Ə.Vahid küçəsi, ev 41 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirəndirilməsinə dair Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 28 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs 27 mart 2022-ci il tarixdə Səbail rayonu, N.Rəfibəyli küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində ərazidə xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 27 mart 2022-ci il tarixdə dostu ilə Mərkəzi Univermağın yanında maşında əyləşərkən polis əməkdaşı yaxınlaşmış və qeyd edilən yerdən avtomobilin götürülməsini tələb etmişdir. O isə cavabında adam gözlədyini və qısa müddətdə gedəcəyini bildirmişdir. Bu zaman yol-patrul xidmətinin əməkdaşı yaxınlaşaraq inzibati xəta haqqında protokol tərtib etmiş, daha sonra onlar həmin ərazidən uzaqlaşmaq qanunla qadağan edilməyən yerdə avtomobil saxlamaq üçün geriyə doğru hərəkət etmək istəsələr də arxadan gələn maşınların çıxmasını gözləmişdirlər. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşaraq polis bölməsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X5 izahatında bildirmişdir ki, 27 mart 2022-ci il tarixdə Azərbaycan prospekti və Nigar Rəfibəyli küçələrinin kəsişməsində “Hyundai” markalı 99OT868 nömrəli nəqliyyat vasitəsinin sürücüsü “Yol hərəkəti haqqında” qanununun 52-ci maddəsinin tələblərini pozduğu üçün nəqliyyat vasitəsini qayda pozultusu törədilən yerdən götürülməsini tələb etmiş, lakin sürücü nəqliyyat vasitəsini götürməkdən imtina etmişdir. Yolpatrul xidməti tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş, sürücü nəqliyyat vasitəsini götürmək əvəzinə avtomobili Daxili İşlər Nazirliyinin qarşısında saxlamış, yol patrul xidməti yenidən ona yaxınlaşaraq avtomobili qadağan olunuş yerdə saxlamamasını bildirmiş, sürücü tərəfindən tabesizlik göstərmişdir. Sürücü barəsində protokol tərtib olunarkən həmin şəxsin X2 olduğu müəyyən edilmişdir. Yanında olan şəxs isə Şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin DYPİ-nə bilavasitə tabe olan YPX alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru X3 eyni məzmunlu izahat verərək X5 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında 28 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27.03.2022-ci il tarixdə Azərbaycan prospekti və Nigar Rəfibəyli küçələrinin kəsişməsində ərazidə xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, 16 avqust 1998-ci il təvəllüdlü Şəxs 27 mart 2022-ci il tarixdə, saat 16:30-də inzibati qaydada tutulmuşdur. Qeyd edilməlidir ki, məhkəmə iclasında istər proses iştirakçılarının izahatlarında, istərsə də məhkəməyə təqdim edilmiş sənədlərdə polis əməkdaşlarına tabesizlik göstərilməsi, yəni Şəxs tərəfindən polisin hər hansısa qanuni tələblərinə tabe olmaması faktı müəyyən edilməmiş, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda da onun polis işçisilərinin hansı qanuni tələblərinə qəsdən tabe olmamağı göstərilməmişdir. Belə olduğu təqdirdə Şəxs polis əməkdaşının hansı qanuni tələblərinə tabe olmaması məhkəmə iclası zamanı müəyyən edilməmiş, bu halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-645/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-645/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver