Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-645/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, X1 nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhər X11 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X11 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* qərarı əsasında İXM-nin 342.2.2-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil. Qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, '‘BMW 320D Minik” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələbləri pozmaqla avadanlığı dəyişdirməyi bəhanə edilərək barəsində inzibati protkol tərtib edilmişdir. Avtomobildə heç bir avadanlığı dəyişdirməmişdir. Belə ki, idarə etdiyim avtomobil xaricdən gətirilmişdir. Xaricdən gətirilərkən avtomobilin buferində duman işıqları olmamışdır. Həmin formada avtomobil Gömrükdən, sonra isə BDYPİ tərəfindən texniki baxışdan keçirilmişdir. Heç bir qurumda bu hal nöqsan kimi qeyd edilməmişdir. xx.xx.2025-ci ildə DYP əməkdaşı avtomobili saxlayaraq buferdə duman işıqlarının olmadığını bəhanə edərək avtomobilini cərimə meydançasına yerləşdirmişdir. Bunun qanunsuz olduğunu bildirdikdə barəsində 4 gün sonra inzibati protokol tərtib etmişlər. İnzibati potokolda hadisənin güya xx.xx.2025-ci ildə olduğu qeyd edilərək xx.xx.2025-ci ildə inzibati protkol tərtib etmişlər. Halbuki hadisə xx.xx.2025-ci ildə baş vermişdir. Hazırda da avtomobilini cərimə meydançasından buraxmırlar. Bildirirlər ki, avtomobilə duman işıqlarını cərimə meydançasında yerləşdirməlidir. Dayanacaq avtoservis deyildir ki, orada DYP əməkdaşının qanunsuz tələbini yerinə yetirsin. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Lakin heç bir əsas olmadan hadisədən faktiki olaraq 4 gün sonra inzibati protokolun tərtib edilməsi də qanunsuz və əsasızıdır. Avtomobili cərimə meydançasına yerləşdirərkən ümumiyyətlə akt tərtib edilməmiş, qanunsuz olaraq bu gün də orada saxlanılır. Avtomobilimin buferində duman işıqlarının olmaması avadanlığın dəyişdsirilməsi deyildir. Ümumiyyətlə duman işıqları xarici işıq cihazlarına da aid deyildir. Duman işıqları məcburi olmadığından bəzi avtomobillərin modellərində ümumiyyətlə mövcud deyildir. Zavod üsulu olan buferdə duman işıqlarının mütləq zəruri olduğu barədə qanunda hər hansı bir tələb yoxdur və hər hansı bir məsuliyyət nəzərdə tutulmamışdır. İdarə etdiyim avtomobildə hər hansı bir avadanlığa dəyişdirməmişdir. Bununla bağlı X6 müraciət etmişdir. Ekspertlər də DYP-nın qanunsuz olaraq barəsində İnzibati Xəta haqqında protokol tərtib etdiyini və cərimə meydançasına apardığını bildirirlər. Eləcə də bu halarla bağlı Sosial Şəbəkələrdə çoxlu marifləndirici məlumatlar vardır. Buferdə duman işıqlarının zəruri olmadığı təsdiq olunur. Artıq 10 gündən artıqdır ki, DYP əməkdaşının şəxsi mülahizələri səbəbindən əziyyət çəkir. Bu müddətin də nə qədər davam edəcəyini də bilmir. Bu müddətdə avtomobili yağışın, qarın altında yararsız hala düşür. Avtomobilinin akummlyatoru da sıradan çıxacaqdır. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X5 şikayət ərizəsinə uyğun izahat verərək, ümumiyyətlə içki içmədiyini, əlavə müayinədən keçirəcəklərini bildirərək izahat yazdırdıqlarını bildirərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından görünür ki, X7 tərəfindən xx.xx.2025-ci il tarixində, saat 15:50 radələrində Səbail rayonu, Badamdar şossesi ərazisində “BMW 320 D” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və nəticədə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən inzibati protokol tərtib edilərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi hallarının mövcud olub-olmaması araşdırılmadan X7 barəsində inzibati protokol tərtib edilmişdir və qərarın əsaslılığını sübut edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar digər sübütlar ilə öz təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddsi ilə qəbul edilmiş Bakı şəhər X11 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134, 135.1.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhər X11 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-645/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-645/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver