Məhkəmə qərarları › İş №3(009)-655/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-655/2021

12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-655/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin sahə rəisi polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin sahə rəisi polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Səbail rayonu, Badamdar qəsəbəsi, hərəkətdə olarkən sahə rəisi polis mayoru X3 ona yaxınlaşaraq SMS icazəsinin yoxlanılması üçün şəxsiyyətini təsdiq edən sənədi ondan istəmişdir. O, şəxsiyyət vəsiqəsini təqdim etmiş və sahə rəisi müəyyən etmişdir ki, o SMS icazədən istifədə etmişdir və sənədini geri qaytardı. Bundan sonra barəsində digər qanunsuz protokol tərtib edildikdə, yəni İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyətə cəlb edilərkən müəyyən etmişdir ki, Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin sahə rəisi polis mayoru X3 barəsində İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib etmiş və 100 manat məbləğində cərimə edilməyi barədə qərar qəbul etmişdir. Halbuki polis mayoru Mahir Musayev onu qoruyucu maskadan istifadə etmədiyinə görə saxlamamış və hadisə yerində barəsində qərarda göstərilən xx xxxxxx 2020-ci il tarixli ******* saylı Protokol tərtib etməmişdir. Görünür şəxsiyyəti təsdiq edən sənədə dair məlumat onda olduqdan sonra şəxsi istəyinə görə yenə plan doldurmaq niyyəti ilə Protokol tərtib etmişdir. Əgər protokol tərtib edilsə idi, yerindəcə ona surəti təqdim edilər, bu barədə məlumatı olduqda yuxarı vəzifəli şəxsə protokola dair şikayət edərdi. AR Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli, 451 nömrəli qərarında göstərilmiş qaydaları pozmamışdır və qoruyucu maskadan istidadə etmişdir. Barəsində qərəzli şəkildə, saxta protokol tərtib etməklə qanunsuz hərəkət edilmişdir. Ona görə də MN ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar xx xxxxxx 2020-ci il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə xx xxxx 2021-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 oğlu şikayətində qərarı hansı tarixdə almasını göstərməmiş, eyni zamanda ərizəyə qeyd edilən qərarın nə vaxt rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şiakyət vermə müddətinin buraxılıbburaxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X4 oğlunun Bakı şəhəri Səbail RPİ-nin 41ci Polis Bölməsinin sahə rəisi polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X4 oğlunun Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin sahə rəisi polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar