Məhkəmə qərarları › İş №3(009)-656/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-656/2021

02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-656/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə rəisi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 məhkəməyə ərizə təqdim edərək barəsində tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərardan razı olduğunu bildirib şikayətinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə rəisi Nümayəndə şikayətçi X1 şikayətinin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə şikayətçi X1 ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar