Məhkəmə qərarları › İş №3(009)-657/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-657/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-657/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X5 X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 29.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: X3 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 29.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan MN ******* nömrəli, 29.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 əmək və məzuniyyət haqqlarının, ezamiyyət xərclərinin əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istinsa olmaqla qanun pozuntusuna yol verilmişdir. Nəticədə X1 Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir Göründüyü kimi X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 29.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar vəzifəli şəxs X7 barəsində qəbul edilmişdir. X5 faktiki yaşayış yeri isə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 103dür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə aparılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3- cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatlarından göründüyü kimi, inzibati xətanın törədildiyi yer hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin ünvanı ünvan 1 Bakı şəhəri Nəsimi rayonunun inzibati ərazisidir, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X5 şikayətində onun yaşadığı yer üzrə baxılması barədə vəsatəti mövcud deyil. Belə olduğu halda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyi nəzərə alınmaqla X5 verdiyi şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində deyil, inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, şikayətə Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1, 118 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 29.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar