Məhkəmə qərarları › İş №3(009)-659/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-659/2022

13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-659/2022 13.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 nümayəndəsi Vəkil və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 19 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsinə dair "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi Vəkil şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İş materiallarıında olan sənədlərə əsasən, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kecmiş işçisi X11 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri kobud pozularaq xitam verildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinə müraciət edərək, onun əmək hüquqlarının pozulmasını göstərməklə yanaşı, müvafiq tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən aparılan araşdırma zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kecmiş işçisi X4 əmək müqaviləsinə xitam verilərkən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğu aşkar olunduğundan, tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı ******* saylı 9 fevral 2021-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 19 fevral 2021-ci il tarixli qərarla cəmiyyətin direktoru X14 oglu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1.500 manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razılaşmayan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 nümayəndəsi Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 19 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 19 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə göndərilmişdir. Məhkəmənin qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X1 Ədhəmov apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı 19 fevral 2021-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olan vəzifəli şəxs X14 oglunun barəsində olan 21 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin 19 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarı ilə "xxxx" MMC-nin direktoru X9 işçi X11 ilə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1.500 (min beş yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin qərarı əsasən tamamilə qanunsuz və əsassızdır. İnzibati xəta haqqında protokolun tərtibatı və bunun əsasında barəsində inzibati tənbeh vermə haqqında qərarın mövcudluğundan Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun bu barədə icraata başlamaq haqqında 21 fevral 2022-ci il tarixli qərar barədə məlumat verməsindən sonra məlumatlı olmuşlar. Ardından tərəflərindən 04 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinə barələrində aparılan araşdırma ilə bağlı toplanmış materialların surətinin təqdim edilməsi barədə müraciət edilmiş, cavab verilmədiyi üçün Bakı şəhəri Nizami rayon İcra Şöbəsində mövcud sənədlərlə tanış olmaq zərurəti yaranmışdır. Sənədlərlə tanış olan zaman məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və digər qanunvericiliyin tələblərini kobud surətdə pozaraq barəmizdə eyni iş üzrə iki protokol tərtib etmiş və tərtib etdiyi hər iki qanunsuz protokol əsasında qanunvericiliyin tələbləri pozulmaqla İnzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin MMC-yə ünvanladığı 05 noyabr 2020-ci il tarixli, **********3 nömrəli bildirişindən görünür ki, “05 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli protokola əsasən inzibati xəta haqqında işə baxılması 16 noyabr 2020-ci il tarixə saat 11:00-a təyin olunmuşdur”. Və bu göstərilənlərlə əlaqədar bizə formal olaraq 05 noyabr 2020-ci il tarixli, **********6 saylı məktubla 05 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli protokol ünvanlanmışdır. Daha sonra, materialda eyni əməl üzrə, eyni ərizəçi- işçi X4 ərizəsi əsasında barəmizdə 09 fevral 2021-ci il tarixli, MN ******* saylı protokol tərtib edilməsi və bunun əsasında 19 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilməsi məlum olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi barəmizdə eyni araşdırma üzrə, eyni ərizəçinin ərizəsi üzrə 05 noyabr 2020-ci il tarixli, MN ******* saylı və 09 fevral 2021-ci il tarixli, MN ******* saylı 2 protokol tərtib etmiş və sonuncu əsasında Qərar qəbul etmişdir. İnzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən olunmuş vaxtda tərtib edilməməklə kobud pozuntularla tərtib edilmişdir. Hazırkı iş üzrə mövcud sənədlərdən görünür ki, hadisə barədə ərizəçinin məlumat verdiyi tarixdən, aylar sonra qanunsuz ikinci protokol tərtib edilmiş və bununla da, müəyyən olunmuş maksimum 2 gün və ya inzibati araşdırma ilə bağlı olsa belə, 2 aylıq müddət ötürülmüşdür. Çünki, ərizəçinin dedikləri həqiqət olduğu təqdirdə belə, hadisə inzibati orqana 2020-ci ilin noyabr ayında məlum olmuşdur. Hər iki protokol əsasında araşdırmaya baxılması barədə məlumat verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmədən, "xxxx" MMC-nin direktoru X9 işçi X11 ilə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1.500 (min beş yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin 09 fevral 2021-ci il tarixli, MN ******* saylı protokolu və 19 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN № ******* saylı qərarının ləğv edilməsini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi Vəkil şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 19 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X9 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan 19 fevral 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbi pozularaq xitam verildiyindən, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. MN ******* saylı, 09 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbi pozularaq xitam verildiyindən, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsi ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kecmiş işçisi X11 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinə müraciət edərək, vəzifəli şəxs X14 oglu tərəfindən onun əmək hüquqlarının pozulduğunu göstərməklə, bununla əlaqədar ona köməklik göstərilməsini xahiş etmişdir. Valeh Həsənovun müraciəti əsasında X6 Xidmətin Bakı şəhər idarəsi araşdırma apararkən, Tahir Əliyev barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin cəmiyyətə ünvanladığı **********3 nömrəli 05 noyabr 2020-ci il tarixli bildirişindən görünür ki, “05 noyabr 2020-ci il tarixli MN ******* nömrəli protokola əsasən, inzibati xəta haqqında işə baxılması 16 noyabr 2020-ci ildə saat 11:00-a təyin edilmişdir”. Bununla bağlı cəmiyətə **********6 saylı 05 noyabr 2020-ci il tarixli məktubla MN seriyalı ******* saylı 05 noyabr 2020-ci il tarixli protokol göndərilmişdir. Lakin təqdim edilmiş materiallardan göründüyü kimi 05 noyabr 2020-ci il tarixli MN ******* nömrəli protokola təyin edilmiş tarixdə baxılmamış, ümumiyyətlə bu barədə heç bir qeydiyyat aparılmamışdır. Halbuki inzibati xəta haqqında protokola baxılmalı və qərar qəbul edilməli idi. Həmçinin qeyd edilməsi zəruridir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sorğuya cavab olaraq 2 dəfə xx.xx.2020-ci il və xx.xx.2020-ci tarixlərdə məktublar və ona əlavə edilmiş sənədlər müfəttişliyə göndərilmişdir. Belə olan halda heç bir əlavə araşdırma aparılmadan, bu barədə səlahiyyətli şəxs tərəfindən əsaslandırılmış qərardad qəbul edilmədən, təkrar şikayət ərizəsi daxil olmadan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən X4 eyni ərizəsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X14 oglu barəsində tərtib edilmiş MN seriyalı ******* saylı 09 fevral 2021-ci il tarixli protokol və bunun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 19 fevral 2021-ci il tarixli qərar qanunun tələblərini pozmaqla qəbul edilmişdir və heç bir hüquqi nəticəsi ola bilməz. Bundan əlavə iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə 033Ək saylı xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, 23 yanvar 2020-ci il tarixdən cəmiyyətin sürücüsü əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərin birinin təşəbbüsü ilə xitam verilmişdir. İş materiallarənda olan ərizədən görünür ki, X11 öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəməyə göndərilmiş şikayətin materiallardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlindəki inzibati xətanın törədilməsi faktı olduğu halda 16 sentyabr 2020-ci il tarixdən hesab edilməli idi, həmin tarixdən inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək isə 3 (üç) aydan çox müddət keçmişdir. Üzərinə sübutetmə yükü düşən inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan isə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsinə əsasən, İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X9 hazırkı inzibati xəta üzrə subyekt hesab edilə bilməz, əməlin obyektiv cəhətini təşkil edən hərəkətlərin edilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui- istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə görə İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin inzibati tənbeh vermə haqqında 19 fevral 2021-ci il tarixli MN ******* saylı qərarı ləğv olunmalı, X9 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin inzibati tənbeh vermə haqqında 19 fevral 2021-ci il tarixli MN ******* saylı qərarı ləğv olunsun, X9 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar