Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-66/2022 11.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* saylı, 21 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 21 dekabr 2021-ci il tarixdə saat 15:47-də Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ ünvanında Şəxs MMC-yə məxsus Şəxs marketdə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin qaydalarının pozulması faktı aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Etiraz ərizəsi onunla əsaslanmışdır ki, 21.12.2021-ci il tarixində İqtisadiyyat Nazirliyiyi Bakı şəhəri X6 üzrə Baş İdarənin (BKSİBİ) əməkdaşı X1 tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.3-cii maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda faktın foto şəkillər ilə təsdiq edildiyi qeyd edilsə də, həmin foto şəkillərin çəkilməsində istifadə olunan xüsusi texniki vasitənin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, yoxlamadan keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi, növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd edilməmişdir. Üstəlik iş materiallarına əlavə olunmuş foto şəkillərin hansı tarixdə və hansı mağazada çəkildiyi məlum deyildir. Şəxs MMC-nin ölkə ərazisində bir çox mağazasının olduğunu nəzərdə alsaq, həmin şəkillərin hansı mağazada, hansı tarixdə çəkildiyi şübhə doğuran məqamlardan sayılır. Həmçinin protokolun tərtib edilməsinə əsas olmuş sənədlərə diqqət yetirsək, həmin sənədlərin protokolun tərtib edildiyi tarix ilə üst-üstə düşmədiyi aşkar şəkildə görünür. Başqa nüans isə ondan ibarətdir ki, Dövlət Vergi Xidməti BKSİBİ əməkdaşı protokolda sözügedən mağazamızda vəzifəli şəxsin olmadığını, daha sonra isə öz aralarında müvafiq akt tərtib edərək, həmin aktda mağaza müdiri tərəfindən direktorun uzaqda olması, obyektə gələ bilməməsini bildirməsi hallan qeyd edilmişdir. Akta əlavə olaraq vəzifəli şəxsin (mağaza müdirinin) izahatı və ya vəzifəli şəxs olmadıqda bu barədə qeyd edilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası olmalı idi. Hər kəsə aydındır ki, MMC-nin qanuni təmsilçisi olan baş direktoru şirkətin baş ofisində əyləşir və mağazalarda hər hansı qayda pozuntusu olduğu təqdirdə izahat vermək üçün hadisə yerinə özünü dərhal yetirə bilməz. Belə hallarda dövlət orqanının əməkdaşları mağazada vəzifəli şəxs olan mağaza müdirinin izahatım almalı idi. Tərtib olunan aktm mətnindən də aydın olur ki, birtərəfli qaydada tərtib olunmuşdur. Üstəlik həmin aktın tərtib olunma tarixi də bəlli deyildir. Digər tərəfdən, tərtib olunmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsinə dair heç bir qeyd aparılmamışdır. Bu da o deməkdir ki, Dövlət Vergi Xidməti BKSİBl-nin əməkdaşı qanunvericiliyin bu tələbinə də əməl etməmişdir. Göründüyü kimi protokolun tərtib edilməsinə əsas olmuş sənədlərdəki məlumatlar qeyridəqiq, natamam, şablon formalı sözlərlə əhatə olunmuşdur. Bu da həmin sənədlərin doğruluğunu şübhə altına alaraq, iş üzrə mötəbər sübut kimi qiymətləndirməsinə imkan vermir. Dövlət Vergi Xidməti BKSİBİ tərəfindən İXM-nin 211.2-ci maddəsində göstərilən inzibati xətanın Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ massiv İ, ev 12 saylı sahə ərazisində yerləşən Şəxs mağazasında təkrar törədilməsi faktı kifayət qədər araşdırılmamışdır. İş materiallarına nəzər yetirsək görərik ki, sözügedən Şəxs mağazasının yerləşdiyi obyektin ayrılıqda kodu (17002), adı, ünvanı mövcuddur. Halbuki ünvan 2rixli Qərarında Şəxs MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən mağazada müştərilər tərəfindən sanitar-gigiyena qaydalarının tələblərinə əməl edilməyərək tibbi maskadan istifadə edilməməsindən söhbət gedirdi. İnzibati xətanın eyni obyektdə təkrarən törədilməsi faktı təqdim edilmiş sənədlərlə sübuta yetirilmədiyindən, Dövlət Vergi Xidməti BKSİBİ-nin vəzifəli şəxsinin Protokolu İXM-nin 211.3-cü maddəsi ilə tərtib etməsi əsassız və qanunaziddır. Bundan əlavə, Dövlət Vergi Xidməti BKSİBİ istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-135/2021 saylı, 01.02.2021-ci il tarixli qərarı isə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-418/2021 saylı 25.02.2021-ci il tarixli Qərarı ilə dəyişdirilmişdir. Lakin protokolu tərtib edən vəzifəli şəxs Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərardan bixəbər olmaqla, qüvvədən düşmüş qərara istinad etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 135/2021 saylı 01.02.2021-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 600 manat məbləğində inzibati cərimə olunmuşdur. Göründüyü kimi xəta ünvan 4 ünvanında yerləşən Şəxs marketində törədilmişdir. Hazırki iş üzrə isə inzibati xətanın 21 dekabr 2021-ci il tarixdə saat 15:47-də Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ ünvanında Şəxs MMC-yə məxsus Şəxs marketdə törədilməsi qeyd edilir. Belə olan halda inzibati xətanın baş verdiyi yerlərin fərqliliyini, həmçinin istinad edilən qərarın qanuni qüvvəsinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Beləliklə məhkəmə hesab edir ki, aydınlıq gətirilməmiş qeyd edilən ziddiyyətli məqamlarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinin tərkibi olmadığına görə inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinin tərkibi olmadığına görə inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-66/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-66/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver