Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-66/2025 24.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi ilə, Protokol tərtib etmiş Səbail DYPŞ-nin inspektoru X2, X1 iştirakları ilə, X5 Səbail rayon X10 Şöbəsinin xx.xx.2024-ci il tarixli, İXP6620023 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 oğlu şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon X10 Şöbəsinin xx.xx.2024-ci il tarixli, İXP6620023 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-ci il tarixdə öz ailə üzvləri ilə Səbail rayonunda yerləşən Şəfa balıq evindən axşam radələrində axşam yeməyindən çıxarkən **-YP-*** nömrəli yol polisi əməkdaşları heç bir əsas və səbəb göstərmədən idarə etdiyi **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq sənədlərini istədi və sonra içkili olub olmadığını soruşdu. O heç bir spirtli içki qəbul etmədiyini bildirdi. Polis ona cibindən aparat çıxarıb oraya üfləməyini istədi və o da dediyini etdi və təmiz çıxdı. Sonra idarə etdiyi YPX avtomobilindən başqa bir aparat gətirib bir daha ora üfləməyini istədi. O da yenədə dediyini etdi, az müddət sonra aparatın 1.3 göstərdiyini deyərək onun maşınına əyləşərək, yalandan onu şərləyərək həyat yoldaşı və az yaşlı uşağı maşında ola-ola maşınını haqsız yerə cərimə meydançasına apardı. O YPX əməkdaşlarından dəfələrlə əgər içkilidirsə, ona qanuni protokol yazmağını istəsə də ona məhəl qoymadan qanunsuzluq etdi və maşınını cərimə meydançasina qoyaraq ailəsini maşından düşürərək, sabahları Səbail YPX idarəsinə yaxınlaşıb polis mayoru Ağamalıyev Elşən adli şəxsə yaxınlaşmalı olduğunu dedilər. O isə oradan həmin tarixdə taksi ilə Nizami Metrosu yaxınlığındaki sərxoşluğun müayinəsi idarəsinə gedərək həkimdən keçdi va təmizlik haqqında kağız aldı. xx.xx.2024-cü il tarixdə Səbail rayon YPX idarəsinə yaxınlaşdım və polis mayoru Ağamalıyev Elşən haqlı iradını bildirdikdə ona dünənki tarixdə yəni xx.xx.2024-cü il tarixinin protokolunu xx.xx.2024-cü il tarixdə təqdim etdi. xx.xx.2024-cü il tarixli İXP ******* sayli protokol əsasında yazılmış qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətinə uyğun izahat verərək saxlanılan zaman sərxoş olmadığını bildirərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş Səbail DYPŞ-nin inspektoru X4 protokolu və inzibati tənbeh vermə haqqında qərarı müdafiə edərək şikayətin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirakçıların izahatların dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail rayon X10 Şöbəsinin xx.xx.2024-ci il tarixli, İXP6620023 saylı inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2024-cü il tarixində, saat 18:15-də Səbail rayonu Salyan şossesi yolunda idarə etdiyi “Mercedes Benz E240” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına olan 13 noyabr 2024-ci il tarixli Bakı şəhəri Səbail rayon X10 Şöbəsinin, İXP6620023 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və cərimə edilmişdir. İş materiallarına olan 13 oktyabr 2024-cü il tarixli sərxoşluq vəziyyətinin müayinəsinə dair alcovisor-Juoiter X çıxarışından görünür ki, X8 hadisə baş verən zaman sərxoş olmuşdur (1.640%). İş materiallarına olan diskdə olan videogörüntüdən görünür ki, X8 alkoqol içkidən qəbul etdiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail rayon X10 Şöbəsinin xx.xx.2024-ci il tarixli, İXP6620023 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görəqırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin lkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X5 əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.1 və 329.3-cü maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail rayon X10 Şöbəsinin xx.xx.2024-ci il tarixli, İXP6620023 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon X10 Şöbəsinin xx.xx.2024-ci il tarixli, İXP6620023 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-66/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-66/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver