Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-660/2022 21.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, barəsində inzibati xəta haqqında qəbul olunmuş şəxsin nümayəndəsi X7 və inzibati xəta haqqında qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında BD-065 saylı, 31 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin BD-065 saylı 31 iyul 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 800 manat məbləğində azibari cərimə olunmağı ilə bağlı Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 3 1iyul 2017-ci il tarixli, BD-065 saylı qərarının ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin 31 iyul 2017-ci il tarixli BD-065 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat cərimə olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, Salyan şossesi ünvanında fəaliyyət göstərən “Balıq Evi” restoranına aid çirkab su təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılır. Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti qərarın qəbul edilməsinə əsas kimi göstərmişdir ki, “Balıq Evi” restoranının sahibi fiziki şəxs X2 təqsirli hərəkətləri nəticəsində anti sanitar vəziyyət yaratdığına görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 31 iyul 2017-ci il tarixli 06888 saylı protokol tərtib edilmişdir. Həmin qərar əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Belə ki, qərardan görünür ki, guya Salyan şossesi ünvanında fəaliyyət göstərən “Balıq Evi” restoranına aid çirkab sular təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılır və nəticədə həmin ərazidə anti sanitar vəziyyət yaranır. Amma Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşlarının əlində, “Balıq Evi” restoranına aid çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılmasını və nəticədə həmin ərazidə anti sanitar vəziyyət yaranmasını təsdiq edən heç bir fakt yoxdur. Belə ki, “Balıq Evi” restoranına aid çirkab suların yığılması və daşınması üçün həmin restoranın həyətində 15 kub.m həcmində olan şambo tikilmişdir. Çirkab sular həmin şamboya axıdılır və o, dolduqdan sonra çirkab suların sorulub daşınması üçün xüsusi avtmobil çağrılır və həmin avtomobil çirkab suları daşıyıb aparır. Hal-hazırda isə həmin obyekt ümumuyyətlə kanalizasiya sisteminə qoşulmuşdur və çirkab suların dənizə axıdılmasmdan söhbət gedə bilməz. Departamentin nümayəndələri protokol tərtib edərkən, dənizə deyil, onlara göstərilən şamboya suyun axıdılmasma heç əhəmiyyət verməmişlər, araşdırma apararkən qərəzli olmuşlar. Birtərəfli qərar qəbul edərkən onun iştirakını təmin etməmişlər, ondan həmin məsələ ilə bağlı izahat belə almamışlar. Ümumiyyətlə onun barəsində hər hansı icraat aparılmasından xəbəri belə olmamışdır. inzibati akt tərtib edən orqan həmin aktın (qərarın) qəbul edilməsini şərtləndirən şəraitin olmasını sübut etməlidir. Həmçinin inzibati protokol tərtib olunarkən ondan izahat alınmalıdır. Qanunvericiliyin tələbinə görə işdə iştirak edən şəxslərə hüquqlarından istifadə etməsinə şərait yaradılmalıdır. Departament işə baxarkən prosessual hüquqlarından istifadə etməkdən onu məhrum etmişdir. Onun barəsində inzibati tənbeh haqqında qərar qəbul olunmuş, ona heç bir məlumat verilməmiş, prosesdə iştirakı təmin olunmamış, çıxarılan qərar ona ünvanı üzrə göndərilməmişdir. Qərarın surətini barəsində protokol tərtib edilən şəxs yalnız 02 mart 2022-ci il tarixdə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində almışdır. Bununla Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti inzibati xətalar haqqında işlər üzrə icraatın qaydalarını pozaraq maddi və prosessual hüquq pozuntularına yol vermişdir. Göründüyü kimi onun əməlində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinin tərkibi və qərarda göstərilən ərazidə çirkab suyun təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılmasına heç bir aidiyyəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü və 130-cu maddələrini rəhbər tutaraq, X2 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 800 manat məbləğində azibari cərimə olunmağı ilə bağlı Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31iyul 2017-ci il tarixli, BD-065 saylı qərarının ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qəbul olunmuş şəxsin nümayəndəsi X7 şikayəti müdafiə edərək, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 800 manat məbləğində azibari cərimə olunmağı ilə bağlı Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31iyul 2017-ci il tarixli, BD-065 saylı qərarının ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 şikayət əsassız olduğundan onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, X5 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin BD-065 saylı, 31 iyul 2017-ci il tarixli qərarının surətindən görünür ki, X5 tərəfindən çirkab suyun Xəzər Dənizinə axıdılması ilə çirklənməsinə və antisanitar vəziyyətin yaranmasına yol verilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin BD-065 saylı, 31 iyul 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin BD-065 saylı, 31 iyul 2017-ci il tarixli qərarının ləğv olunması barədə şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin BD-065 saylı, 31 iyul 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-660/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-660/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver