Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-661/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1991-ci ildə Ucar rayonunun Lək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Ucar rayonu, Zərbadi küçəsi, döngə 5, ev 2-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsndən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2021-ci il tarixdə Səbail rayonu, Əliyarbəyov küçəsində yerləşən “Mojo” klubun qarşısında olarkən tibib maskadan istifadə etmədiyi və ictimai əsayişi pozduğu üçün polis əməkdaşları ona yaxınlaşıb maskadan istifadə etməsini və ictimai qaydalara riayət etməsini tələb etmişlər. Lakin o, polisin bu tələblərini tabe olmamış onlara qarşı kobudluq etmişdir. Sonradan Şəxs polis bölməsinə gətirilmiş və orada sərxoş olduğuna görə polis bölməsində xidməti otaqda olan stola təpik zərbələri vurmuş və dəhlizdə olan pərdəni çəkib sındırmışdır. Bununla da Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə “Mojo” klubundan çıxıb taksi sifariş edib evə getmək istəyərkən polis əməkdaşı ona yaxınlaşmış, tibbi maska taxmadığını bildirmişdir. O isə klubdan yeni çıxdığını və maskanın əlində olduğunu demişdir. Sonra onu polis bölməsinə gətirmişlər və müvafiq protokol tərtib etmişlər. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını və şahidin ifadəsini dinləyib, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X1 əməlində AR İXM-nın 510 və 535.1ci maddələrinin tərkibi mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, o Səbail RPİ-nin PPX-nin polis nəfəridir. xx.xx.2021-ci il tarixdə saat 23:50 radələrində bir qadının iki nəfər oğlanın yanında dayanıb ucadan danışaraq nəlayiq ifadələr işlətməsini, eyni zamanda tibbi maskadan istfiadə etməməsini görüb ona yaxınlaşmışdır. Ona tibbi maska taxmasını və ictimai qaydaya riayət etməsinə dəvət etmiş, lakin həmin şəxs polis orqanlarının ünvanına nəlayiq ifadələr işlədərək maska taxmaqdan imtina etmişdir. Bu səbəbdən həmn polis bölməsinə dəvət olunmuş və bu barədə müvafiq raport yazmışdır. Qadın özünü aqressiv aparmış və onun qanuni tələblərinə tabe olmamışdır. Beləliklə tərtib edilmiş protokolla, raportla və şahid ifadəsi ilə Şəxs inzibati xətaları törətməsi faktı tam sübuta yetirilir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətdiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını, yəni Şəxs polisin qanuni tələblərinə riayət etməyərək öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla, onları təhqir edib xırda xuliqanlıq etməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona törətmiş olduğu inzibati xətaların daha ciddi olanı ilə, yəni AR İXM-nın 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inizbati xəta törədən şəxsin şəxsiyyətini (qadın olmasını, cavan olmasını) və işin faktiki hallarını nəzərə alaraq Şəxs AR İMX-nın 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. AR İXM-nın 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə eyni zamanda inzibati xəta törədən şəxsin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş cərimə növündə tənbehin həddi 150 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilisin və AR İXM-nın 34.3-cü maddəsinə əsasən onun barəsində AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş və AR İXM-nın 31.4-1ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-661/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-661/2021
12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver