Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-662/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1996-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, subay, işləməyən, orta təhsilli, Xırdalan şəhəri, Abşeron rayonu, Quşçuluq yaşayış massivi, 11-ci küçə, ev 43-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN№1025172 seryialı inzibati xəta haqqında protokola və ona əlavə edilmşi materiallara əsasən 39-cu PB-nin sahə inspektoru Rəsul Aslanov xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində Üzeyir Hacıbəyov küçəsində xidmət aparan zaman adı çəkilən küçədə yerləşən 46/50 saylı binaya oranın sakini olmayan bir neçə şəxsin daxil olmasını görmüşdür. Həmin şəxslərin arxasınca gedən zaman 37 saylı mənzildə başqa adamların da olduğunu görmüşdür. Yaranmış şübhəli vəziyyətin aydınlaşdırılması üçün ev sahibi X1 qeyd olunan ünvana dəvət etmiş, müvafiq tədbirlər keçirildikdən sonra Şəxs və başqalarını 39-cu polis bölməsinə gətirilmişdir. Həmin gün X2 ərizə ilə 39-cu polis bölməsinə müraciət edərək ona məxsus Üzeyir Hacıbəyov küçəsi, 46/50 saylı evin 37 saylı mənzilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişidr. Vətəndaş Şəxs və iki nəfər hal şahidinin iştirakı ilə göstərilən ünvanda baxış keçirilərkən qonaq otağında televizor üçün nəzərdə tutulmuş dolabın sağ tərəfində bir ədəd kağız bükümünün içərisində tütünlə qarışdırılmış narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şəxs həmin kütlənin marixuana olmasını və ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə toplanmış materialları araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. İş üzrə Səbail RPİ-nin 39-cu PB-nin baş təhqiqatçısı Qabil Hüseynovun xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən toplanmış materilar üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsi məqsədilə aidiyyəti əməkdaşa həvalə edilməsi üçün qəbul edilmiş qərarın surəti 39-cu PB-nin rəhbərliyinə təqdim edilməsi qərara alınmışdır. İş üzrə təyin edilmş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Səbail rayonu....mənzil 37 ünvanından götürülmüş...” sözləri yazılmış zərfdə bir ədəd kağız bükülüdə tütün hissəcikləri və təmiz çəkisi 0,139 qram olan bitki hissəcikləri narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar sulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın hissəcikləridir. İş üzrə xx.xx.2021-ci il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olması iş materiallarından olan sübutlarla tam təsdiq olunduğundan, o, inzibati xəta törətməkdə təqsirli bilinməlidir. AR İXM-nın 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olmasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını və törədilən əməlin ictimai təhlükəliliyini nəzərə alaraq məhkəmə hesab edir ki, ona AR İXM-nın 206-cı maddəsinin sanksiyası həddində minimum həddə inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada həbsin əvvəlli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilisin və onun barəsində AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətində inzibati qaydada həbs növündə inzibati tənbeh edilsin. Həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən saat 15:00-dan hesablansın. İş üzrə aşkar edilərək götürülmüş və Səbail rayon Polis İdarəsində saxlanılan maddi sübut - 0,119 qram narkotik vasitə sayılan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-662/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-662/2021
12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver