Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-663/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Protokol tərtib etmiş şəxsin nümayəndəsi X1, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 mart 2021-ci il tarixli, 00100-0178/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 11 mart 2021-ci il tarixli, 00100-0178/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 48AA677/48AA678 nömrəli avtomaşının üzərində olan SLVU ******* konteynerin üzərində daxil olmuş və Bakı Bas Gömrük İdarəsində **********1521 sorğu nömrəli yük bəvannəməsi ilə bəyan edilən, mallara 26.01.2021-ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük baxışı keçirilmiş, gömrük baxışı zamanı **********1521 sorğu gömrük məməsinin 4-cü mal mövqeyi ilə bəyan olunan, mənşə ölkəsi ÇXR olan 48280 ədəd qara dan burulub keçirilən qarmaqlardan əlavə, gömrük orqanına düzgün bəyan edilməyən 600 qara metaldan burulub keçirilən qarmaq, gömrük bəyannaməsinin 56-cı mal mövqeyi ilə mənşə ölkəsi ÇXR kimi bəyan olunan, üzərində “Duracell” sözləri yazılmış 69600 ədəd batareyalardan əlavə, gömrük orqanına düzgün bəyan edilməyən 5440 ədəd batereva aşkar usdur. 00100-0178/21 saylı inzibati xəta haqqında is üzrə üzrə qeyd olunan malın əmtəəsünaslıq ekspetizası keçirilməsi zəruriyyəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan üzərində 600 ədəd qara metaldan burulub keçirilən qarmağın, üzərində “Duracell" sözləri yazılmış 5440 batareyaların 25.01.2021-ci il tarixə olan orta qiyməti barəsində rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/006-22/000639 nömrəli 01.02.2021-ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 9/530 saylı 05.03.2021-ci il tarixli məhkəmə ekspertizası rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş qara metaldan burulub keçirilən qarmağın (trosların tarım çəkilməsi üçün) 1 ədəd qiyməti 5 manat, 600 ədədinin isə 3000 və Çində istehsal olunmuş üzərində «Duracell D LR20/MN1300» markalanma göstəricisi qidalandırıcı elementin (batareya) 1 ədədinin qiyməti 2 manat, 5440 ədədinin isə 10880 beləliklə ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların ümumilikdə 25.01.2021-ci orta bazar topdan satış qiyməti təxminən 13880,00 manat müəyyən edilmişdir. Həmçinin həmin protokola əsasən Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, inzibati xətanın törədilməsini etiraf etmişdir. Buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 inzibati inzibati xəta haqqında protokolu müdafiə edib Şəxs MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X5 izahatında inzibati xətanı etiraf edərək aşağı həddə cərimənin təyin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İpək Yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş 28 yanvar 2021-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına ÇXR-dan 48AA677/48AA678 nəqliyyat vasitəsində 535 nömrəli 26.01.2021 tarixli invoys üzrə idxal edilmiş və **********4194 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, GB-nin 4-cü mal mövqeyində “Qara metallardan burulub keçirilən qarmaqlar və halqalar” yükü 2551.7380 kq bəyan edildiyi halda, faktiki 3193.738 kq , yəni 642 kq (600 ədəd) artıq olduğu, 56-cı mal mövqeyində “ Durasel batereya”sı 69600 ədəd göstərildiyi halda, faktiki 75040 ədəd olduğu , yəni 5440 ədəd artıq olduğu aşkar edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşunaslıq ekpertizasının 05 mart 2021-ci il tarixli 9/530 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların ümumilikdə 25.01.2021-ci il tarixə orta bazar topdan satış qiyməti təxminən 13880,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş 26.01.2021-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, 48AA677/48AA678 nəqliyyat vasitəsində 535 nömrəli 26.01.2021 tarixli invoys üzrə idxal edilmiş və **********4194 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, GB-nin 4-cü mal mövqeyində “Qara metallardan burulub keçirilən qarmaqlar və halqalar” yükü 2551.7380 kq bəyan edildiyi halda, faktiki 3193.738 kq , yəni 642 kq (600 ədəd) artıq olduğu, 56-cı mal mövqeyində “ Durasel batereya”sı 69600 ədəd göstərildiyi halda, faktiki 75040 ədəd olduğu , yəni 5440 ədəd artıq olduğu aşkar edilmişdir. İş materiallarında olan 25.01.2021-ci il tarixli **********1521 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 630,499 kq hündürlüyü 80 sm-dən çox olmayan masalar üçün tennis masası ölkə ərazisinə idxal edilmişdir. Həmçinin həmin bəyannaməyə əlavələrdən görünür ki, 69600,00 ədəd ilkin elementlər və ilkin batareyalar, 735,475 kq qara metallardan plastik başlıqlı mıxlar, skoblar və zajimlər, 2551,738 kq qara metallardan burulub keçirilən qarmaqlar və halqalar ölkə ərazisinə idxal edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs Şəxs MMC tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 13880 (on üç min səkkiz yüz səksən) gömrük ödənişləri məbləğinin 30 (otuz ) faizi məbləğində, yəni 4164 ( dörd min yüz altmış dörd) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-663/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-663/2021
21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver