Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-664/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair “xxxx” MMC-nin direktoru Doğan Tomrisin şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin direktoru Doğan Tomris Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Hazırki işdən görünür ki, “xxxx” MMC-nin rəhbəri X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən “xxxx” MMC barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN 00462453 nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirməklə qanunla nəzərdə tutulmuş müddətləri buraxmışdır. Qeyd edilməlidir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla onun təqdim olunduğu (alındığı) andan hesablanması anlaşılır. Mübahisə açılan akt üzrə şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanları həmin müddətin davamiyyəti ilə əlaqələndirilməli, bu prosessual hüquq normasından sui-istifadə yol açmamalı və qərardan istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmalıdır. Qanunun mənasına görə, şikayət vermək hüququ, konkret şəxsin, pozulduğunu etimal etdiyi hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Bu hüquqdan helə istifadə olunmalıdır ki, icraat daxilində fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Qərarı mübahisələndirilən orqanın yekun aktından şikayət verilə bilməsi, lakin şikayət verilərkən prosessual müddətlərin buraxılması və qanunun tələbinə müvafiq olaraq şikayət vermə müddəti müzakirə edilmədən və bərpa edilmədən şikayəti icraata qəbul edərək baxılması mümkün deyil. Halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən Həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən hüquqi şəxs “xxxx” MMC Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN 00462453 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini buraxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən hüquqi şəxs “xxxx” MMC şikayət vermə müddətini buraxması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, xx xxxxxxxx 2020-ci il tarixdə “xxxx” MMC-nin rəhbəri X3 şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN 00462453 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək müvafiq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(009)- 1675/2020 saylı qərarı ilə (hakim Ü.S.Şükürova) “xxxx” MMC-nin direktoru X4 İlyas oğlunun şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin xx xxxx 2020-ci il tarixli, MN 00462453 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsi şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(010)-1675/2020 saylı qərarının ləğv edilməsi və DƏMX Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020- ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlamaqla, vəzifəli şəxs X4 İlyasın inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2248/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, “xxxx” MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin xx xxxx 2020-ci il tarixli, MN 00462453 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından verdiyi şikayətin təmin edilmiş, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən hüquqi şəxs “xxxx” MMC-nin şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Göründüyü kimi, “xxxx” MMC-nin rəhbəri X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN 00462453 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Beləliklə, şikayəti iş materialları əsasında araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair “xxxx” MMC-nin direktoru Doğan Tomris tərəfindən verilən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 130, 132.1.2 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair “xxxx” MMC-nin direktoru Doğan Tomris tərəfindən verilən şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-664/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-664/2021
15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver