Məhkəmə qərarları › İş №3(009)-667/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-667/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-667/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, X1 DƏMX Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 DƏMX Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə ərizəsi Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayətini onunla əsaslandırılmışdır ki, o, “xxxx” MMC-də direktor vəzifəsində işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi X4 onun barəsində İXM-in 192.4-cü maddəsi ilə xx.xx.2020-ci il tarixində MN ******* №-li protokol tərtib etmişdir. Həmin protokol əsasında xx.xx.2020-ci il tarixində MN ******* №-li İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək onun barəsində 1000 (bir min) AZN cərimə tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli MN ******* №-li protokola əsasən xətanın mahiyyəti kimi əmək haqqının düzgün hesablanmaması göstərilmişdir. Xüsusi ilə qeyd etmək istəyir ki, əmək haqqının köçürülməsinə dair hesabdan çıxarış tələb olunmayıb və əsaslı sənədlər olmadan və inzibati araşdırılmada onların iştirakları təmin olunmadan belə bir qərarın verilməsi əsassız və qanunsuzdur. Müvafiq orqan tərəfindən protokol tərtib edilərkən onun iştirakı olmamışdır və müvafiq qərarın çıxarılmasında iştirak etməmişdir. Barəsində tərtib olunan protokolun və müvafiq qərarın surəti xx.xx.2021-ci il tarixdə göndərilmişdir. O, inzibati araşdırmada iştirak etməmiş və protokol tərtib olunandan təxminən 3 ay sonra protokolla tanış olmuşdur. Eləcə də inzibati tənbehvermə haqqında qərar qəbul olunarkən iştirakı təmin olunmamışdır. Bildirmək istəyir ki, müvafiq protokol və onun nəticəsi olan inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuzdur. Belə ki, “xxxx” MMC-də çörəkçi vəzifəndə çalışan X2 əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində xitam verilmiş və onun tərəfindən X5 Xidmətinə ünvanlanmıpş ərizə xx.xx.2020-ci il tarixində onlar tərəfindən göndərilmişdir. Ərizədə heç bir şikayətinin olmadığı bildirilmişdir. Qərardan şikayət vermə müddəti buraxılmışdır ki, bunun da səbəbi “ COVİD-19” pandemiyası ilə bağlı olaraq son dönəmlərdə məhkəmələrin növbəli qaydada işləməsi, məhkəməyə şikayətinin ilk dəfə olması ilə bağlı təcrübəsinin olmaması və bu dönəmdə Bakı şəhərində olmaması olmuşdur. Ona görə də DƏMX Bakı şəhər İdarəsinin MN ******* saylı qərarından şikayət vermə müqddətinin bərpa edilməsini və Qərar əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, X3 şikayət ərizəsində DƏMX Bakı şəhər İdarəsinin MN ******* saylı qərarından şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmiş, lakin şikayət ərizəsinə müddətin üzürlü səbəbdən ötürülməsinə dair heç bir sübut əlavə edilmədiyindən məhkəmə tərəfindən müddətin bərpa olunması qeyri-mümkün hesab edilmişdir. Belə ki, İXM-in 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş, lakin şikayət məhkəməyə xx xxxx 2021-ci il tarixdə daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 DƏMX Bakı şəhər İdarəsinin MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermə müddətini buraxmış və buraxılmış müddətin üzürlü hesab edilməsinə dair xahişi məhkəmə tərəfindən təmin edilməmişdir. Ona görə də X1 şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 DƏMX Bakı şəhər İdarəsinin MN ******* saylı qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar