Məhkəmə qərarları › İş №3(009)-668/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-668/2021

15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-668/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılıan Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 mənzil 20 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1828/2011 nömrəli, xx.xx.2011-ci, 2(009)-2175/2019 nömrəli, xx.xx.2019-cu, 2(009)- 2608/2019 nömrəli, xx.xx.2019-cu, 2(009)-2255/2019 nömrəli, xx.xx.2019-cu, 2(009)-362/2019 nömrəli, xx.xx.2019-cu, 2(009)-490/2019 nömrəli, xx.xx.2019-cu, 2(009)-1091/2018 nömrəli, xx.xx.2019-cu, 3(009)-1091/2018 nömrəli, xx.xx.2018-ci il, 3 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat kontorunun 7E-67192 nömrəli, xx.xx.2017-ci və Bakı şəhəri 9 saylı Notariat kontorunun 7E-30981 nömrəli, xx.xx.2017-ci icra sənədləri icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cimaddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1828/2011 nömrəli, xx.xx.2011-ci, 2(009)-2175/2019 nömrəli, xx.xx.2019cu, 2(009)-2608/2019 nömrəli, xx.xx.2019-cu, 2(009)-2255/2019 nömrəli, xx.xx.2019-cu, 2(009)- 362/2019 nömrəli, xx.xx.2019-cu, 2(009)-490/2019 nömrəli, xx.xx.2019-cu, 2(009)-1091/2018 nömrəli, xx.xx.2019-cu, 3(009)-1091/2018 nömrəli, xx.xx.2018-ci il, 3 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat kontorunun 7E-67192 nömrəli, xx.xx.2017-ci və Bakı şəhəri 9 saylı Notariat kontorunun 7E-30981 nömrəli, xx.xx.2017-ci icra sənədləri icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərdiklərini nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, icra sənədləri barədə xəbərdardır. Lakin 3 azyaşlı övladı var. Borcundan da, ödəniş edə bilmir. Lakin bütün bunlara baxmayaraq cari aydan hissə-hissə ödəniş etməyə başlayacaqdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cimaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1828/2011 nömrəli, xx.xx.2011-ci, 2(009)-2175/2019 nömrəli, xx.xx.2019-cu, 2(009)-2608/2019 nömrəli, xx.xx.2019cu, 2(009)-2255/2019 nömrəli, xx.xx.2019-cu, 2(009)-362/2019 nömrəli, xx.xx.2019-cu, 2(009)- 490/2019 nömrəli, xx.xx.2019-cu, 2(009)-1091/2018 nömrəli, xx.xx.2019-cu, 3(009)-1091/2018 nömrəli, xx.xx.2018-ci il, 3 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat kontorunun 7E-67192 nömrəli, xx.xx.2017-ci və Bakı şəhəri 9 saylı Notariat kontorunun 7E-30981 nömrəli, xx.xx.2017ci icra sənədləri icra etmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri 9 saylı Notariat kontorunun 7E-30981 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 2050 manat məbləğində pul vəsaiti tələbkar “X13 Trading CO LTD” MMC-nin xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş 3 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat kontorunun 7E-67192 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 7000 manat məbləğində pul vəsaiti tutularaq X7 xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş Bakı şəhəri Səbail rayon məhkəməsinin 3(009)-1091/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İşə əlavə edilmiş Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1091/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs 4080 manat məbləğində pul vəsaiti tutularaq “xxxx” İKB ASC-nin xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-490/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs 2798 manat tutularaq X4 xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-362/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs 3000 manat tutularaq X1 xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-2255/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs 1380 manat tutularaq X3 xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-2608/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs 5000 manat tutularaq X5 xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-2175/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs və Babayev Babaşah Babaxan oğlundan müştərək qaydada 2677.20 manat tutularaq “xxxx” MMC xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1828/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 509 ABŞ Dolları məbləğində pul vəsaiti tutularaq “xxxx” MMC xeyrinə ödənilməlidir. Elektron məhkəmə portalının çıxarışından görünür ki, Şəxs 3 azyaşlı uşağı var – xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X8. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən icra sənədləri üzrə icra tədbirlərinin həyata keçirilməsi üçün icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara soğu ilə müraciət edilmiş və əldə olunmuş sorğu məlumatına əsasən müəyyən Şəxs məxsus olan hər hansı əmlak aşkar edilməmiş, borclu isə heç bir üzrlü səbəb göstərmədən icra sənədlərini icra etməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən himayəsində on dörd yaşınadək uşağı olan qadınların barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 114-115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün muddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar