Məhkəmə qərarları › İş №3(009)-669/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-669/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-669/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə inspektoru X6 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib edilmişxx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Səbail RPİ-nin 8-ci PB-nin polis sahə rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* №-li, xx.xx.2021-ci il tarixi inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o təsadüfən «www.asanpay.az» saytına girərkən ona məlum olmuşdur ki, adına ödəniş təyinatı MN1011589 göstərilmiş, cərimələr (COVİD-19) qeyd olunmaqla 100 (yüz) AZN cərimə olunduğu qeyd olunmuşdur. Bundan sonra, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin internet saytı vasitəsilə rəsmi qaydada müraciət edərək, bu məsələyə aydınlıq gətirilməsi üçün ona bu barədə rəsmi məlumat verilməsini, barəsində hər hansı bir protokol tərtib olunmuşsa və ya qərar qəbul olunmuşsa, həmin protokolun və qərarın surətinin ona təqdim edilməsini xahiş etmişdir. Həmin müraciətindən sonra, onun mailto:zizzo@inbox.ruElektron ünvan email ünvanına Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən məktub göndərilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, inzibati xəta haqqında protokolun əsaslılığının yoxlanılması və müvafiq qərar qəbul olunması üçün Səbail Rayon Polis İdarəsi vəsatətlə müraciət olunmuşdur. Görülmüş işlərin nəticəsi barədə əlavə olaraq həmin idarə tərəfindən ona cavab veriləcəkdir. Lakin bundan sonra ona hər hansı bir rəsmi cavab verilməmiş, yalnız xx.xx.2021- il tarixdə polis sahə rəisi Arif Əsgərov onu öz iş otağına dəvət edərək orada ona inziba xəta haqqında protokolun və qərarın surətini qeyri-rəsmi formada təqdim etmiş, həm sənədləri götürməyi barədə imza etməyini tələb etdikdə isə buna etiraz edərək qeydiyyatda olduğu ünvana həmin sənədləri poçt vasitəsilə göndərdiyini bildirmişdir. Lakin bu günədək həmin sənədlər ona rəsmi qaydada təqdim edilməmiş, nə də poçt vasitəsilə yaşadığı ünvana göndərilməmişdir. Qeyd etmək istəyir ki, ona qeyri-rəsmi formada təqdim edilmiş sənədlərlə tanış olduğu zaman məlum olmuşdur ki, Bakı şəhəri Səbail RPİ-nin 8-ci PBnin sahə rəisi, polis mayoru A.Əsgərov tərəfindən barəsində xx.xx.2021 -ci il tarixli, MN №101158 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Səbail RPİ-nin 8ci PB-nin sahə rəisi, polis mayoru A.Əsgərovun «inziba tənbeh vermə haqqında» MN №0997960 saylı, xx.xx.2021 -ci il tarixli qərarı ilə özünün tərtib eldiyi xx.xx.2021-ci il tarixli, MN №101 1589 nömrəli inzibati xəta haqqında protokola baxılaraq o, Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. İnzibati xəta haqqında protokola əsasən isə guya o, xx.xx.2021 -ci il tarixdə saat 12:25-də Səbail rayonu, A.Məmmədov küçəsi 47-də tibbi maskadan istifadə etməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Eyni zamanda protokolda inzibati xəta hadisəsinin nə ilə təsdiq edilməsi barədə müəyyən edilmiş sübutlar qrafası boşdur və orada heç bir qeyd mövcud deyildir. Həmçinin qeyd olunan protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməklə yanası, protokolda guya onun imza etməkdən imtina edildiyi də qeyd olunmuşdur. Belə ki, onun iştirakı ilə heç bir protokol tərtib edilməmiş, ümumiyyətlə protokolda göstərilən hal, hadisə yəni onun tibbi maskadan istifadə etməməyi olmamışdır. Eyni zamanda qeyd edir ki, inzibati xəta haqqında protokolda qeyd olunan ünvan, yəni ünvan 2 ünvan inzibati xəta haqqında protokolu tərtib etmiş, sahə rəisi A.Əsgərovun xidmət etdiyi ərazi deyildir, həmin ünvana xidmət edən sahə rəisi isə polis leytenantı X3r. Qeyd edir ki, tərəfindən hər hansı bir qayda pozuntusu törədilməmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Səbail RPİ-nin 8-ci PB-nin sahə rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* №-li, xx.xx.2021-ci il tarixi inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X7 şikayətini müdafiə edərək göstərmişdir ki, inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmişdir. O, həmin inzibati xətanı törətməmişdir. Odur ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilməsi dair xx xxxxxx 2021-ci il tarixli, MN ******* qərarın ləğv edilərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə inspektoru X8 şikayətə etiraz edərək göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 12:25 radələrində ünvan 3 ünvanının qarşısında dayanmış bir neçə şəxsi görmüşdür. Onlardan biri X7 olmuşdur. Zeynal Nəcəfova yaxınlaşmış və onun adını və soyadını soruşmuşdur. X7 tibbi maskadan istifadə etmədiyindən tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 100 manat məbləğində cərimə edilmişdir. Protokol tərtib edilərkən X7 şəxsən iştirak etmiş, ona hüquq vəzifələri izah edilmişdir. X2 protokolu imzalamaqdan imtina etmişdir. Hesab edir ki, xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx xxxxxx 2021-ci il tarixdə saat 12:25 radələrində ünvan 3 ünvanında tibbi maskadan istifadə etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx xxxxxx 2021-ci il tarixdə saat 12:25 radələrində ünvan 3 ünvanında tibbi maskadan istifadə etmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 12:25 radələrində X7 epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi dövründə fərdi qoruyucu vasitədə olan tibbi maskadan istifadə etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X7 şikayətini onunla əsaslandırmışdır ki, inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmiş, yəni o, həmin inzibati xətanı törətməmişdir. Lakin barəsində polis əməkdaşı tərəfindən əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Hazırki işdən görünür ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru X8 məhkəmə iclasında xx xxxxxx 2021-ci il tarixdə saat 12:25 radələrində ünvan 3 ünvanında X5 şəxsən yaxınlaşaraq tibbi maskadan istifadə etmədiyini bildirmiş, ona hüquq vəzifələrini izah etmiş, sonradan isə barəsində inzibati xəta haqqında protokol tərtib etdiyini bildirsə də, şikayətçi bunun əksi olaraq heç bir sübut təqdim etməmişdir. Lakin o, şikayətində inzibati xəta haqqında protokolun onun iştirakı olmadan tərtib edildiyini qeyd etmişdir. Halbu ki, həm qanunvericiliklə, həm də Nazirlə Kabinetinin müvafiq qərarları ilə ölkə ərazisində tibbi maskadan və sair qoruyucu vasitələrdən istifadə edilməsi məcburi hesab edilmişdir. Məhkəmə şikayətçi X4 həm şikayətində göstərdiyini, həm də məhkəmə iclasında verdiyi izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və hesab edir ki, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 100 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə X4 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər Səbail RPİnin 8-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 rejimi qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və y bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar