Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-674/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin MMX-6295640 nömrəli, 24.01.2018-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş MMX-6295640 nömrəli, 24.01.2018-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayət ərizəsində şikayətçi MMX-6295640 nömrəli, 24.01.2018-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın surətini iş materiallarına əlavə etməmişdir. Göstərilən hal isə, yəni şikayət verilmiş qərarının surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 Baş X4 İdarəsinin edilmiş MMX-6295640 nömrəli, 24.01.2018-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.03.2022-ci il tarixli, 3(009)-595/2022 saylı qərardadı ilə X1 şikayəti eyni əsasla geri qaytarılmış, lakin inzibati tənbehvermə barədə qərar şikayətə əlavə edilmədən təkrar məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Baş X4 İdarəsinin MMX-6295640 nömrəli, 24.01.2018-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-674/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-674/2022
05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver