Məhkəmə qərarları › İş №3(009)-678/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-678/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-678/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Esmer Selmanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Regional Miqrasiya Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə baxaraq, MÜƏYYƏNETDİ: Esmer Selman barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən Esmer Selmanın nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, MN1598774 nömrəli qərarından verilmiş şikayətin və əlavə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxsin nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106, 109 və 118-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Esmer Selmanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Regional Miqrasiya Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar