Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-68/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Səbail Rayon İcra və Probasiya Şöbəsinin səlahiyyətli nümayəndəsi Tural Aşurovun, tələbkar X3 nümayəndəsi X1 iştirakları ilə, “xxxx” MMM-in rəhbəri Şəxs barəsində Səbail Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1001/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh “xxxx” X2 tərəfindən iddiaçı X3 mülkiyyətinə yönəlmiş qanunsuz maneələr aradan qaldırılmalıdır. Cavabdeh “xxxx” MMM-dən 15 (on beş) manat dövlət rüsumu iddiaçı X3 xeyrinə tutulmalıdır. MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1001/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi 16 oktyabr 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü krası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Cavabdeh “xxxx” MMM tərəfində icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Tələbkar şöbəyə ərizə ilə müraciət edərək onun mülkiyyətinə yönəlmiş qanunsuz maneələrin aradan qaldırılmadığını bildirmişdir. Belə ki, hər ayın 5-i tarixində binanın liftinin giriş kartlarının dəyişdirildiyi digər qonşulara yeni kartların həmin binada mühafizəçi tərəfindən verildiyini oolara isə borclu şirkətin Yasamal rayonu ərazisində yerləşən ofisindən götürməli olduqlarını bildirmişlər. Bununla bağlı cavabdeh müəssisənin ofisinin yerləşdiyi ünvan 1 ünvanında olarkən şirkətin rəhbəri və nümayəndəsi Şəxs ilə görüş baş tutumuş, görüşdə məhkəmə qərarının mahiyyəti və icrasının məcburiliyi bir daha onun diqqətinə çatdırılmışdır. O, isə öz növbəsində şirkətin daxili qaydalarına əsasən təhlükəsizlik məqsədi ilə ayda bir dəfə binanın liftinin giriş kartlarının dəyişdirildiyini və sakinlərin ofisə yaşınlaşaraq həmin kartları əldə etdiklərini bildirdi.Sözügedən qaydaların təqdim edilməsi xahiş olundu. Şirkət rəhəri isə yazılı şəkildə şöbəyə məlumat verəcəyini bildirdi. Lakin aradan bir qədər müddət keçməsinə baxmayaraq borclu “xxxx” MMM tərəfindən şöbəyə hər hansı məlumat verilməmişdir. “Elektron icra” sistemindən əldə olıınumuş məlumatdan görünür ki, “xxxx” MMM-nin rəhbəri xx.xx.1986-cı 1 təvəllüdlü Şəxsdur. Hesab edirəm ki, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra və Probasiya Şöbəsinin səlahiyyətli nümayəndəsi Tural Aşurov, borclu “xxxx” MMM-in rəhbəri Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu Şəxs yazılı ərizə təqdim edərək, X4 və onun ailə üzvlərinə liftin giriş kartlarını binanın nəzarət otağında hər mənzil üçün 5 ədəd olmaqla təhvil verməyi öhdəsinə götürdüyünü göstərərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X3 nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, liftin giriş kartlarını binanın nəzarət otağında hər mənzil üçün 5 ədəd olmaqla təhvil almağa etiraz etmədiyini və Şəxs barəsində tərtib edilmiş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan lift kartlarının təhvil-təsliminə dair aktlardan görünür ki, Bakı şəhəri, Z.Əliyeva 31A ünvanında yerləşən 12 saylı mənzilin liftdən istifadə üçün kart tələbkar X3 nümayəndələrinə təhvil verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53-ci və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, “xxxx” MMM-in rəhbəri Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105, 109.2 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMM-in rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-68/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-68/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver