Məhkəmə qərarları › İş №3(009)-68/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-68/2023

12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-68/2023 12.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon İcra şöbəsinin icra məmuru X5, Tələbkarın nümayəndəsi X1, Borclu Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-89/2006 saylı, 04 may 2006-cı il tarixli icra sənədi üzrə tələbi icra etməyən xx xxxxxxx 1953-cü il tarixdə Latviya Respublikası, Riqa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli, MN 147620 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Səbail rayon məhkəməsinin 2-89/06 saylı xx.xx.2006-cı il tarixli qətnaməsi üzrə xx.xx.2006-cı il tarixdə verilmiş icra vərəqəsinə əsasən Şəxs üzərinə öz hesabına Bakı şəhəri H.Seyidbəyli küçəsi 31 saylı evin 12 saylı mənzilinin altında yerləşən yarımzirzəminin Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş xx.xx.2000-ci il tarixli 001487 nömrəli Texniki pasportun göstəricilərinə və Texniki pasporta əlavə olunan sxemə uyğun vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması qərara alınmışdır. İcra sənədi xx.xx.2006-cı il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata yönəldilmişdir. Tələbin könüllü qaydada icra olunması ilə bağlı Səbail rayon İcra şöbəsi tərəfindən borclu Şəxs müxtəlif vaxtlarda bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq onun tərəfindən Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli icra sənədi üzrə tələb bu günə kimi tam icra edilməmişdir. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda həmin yarımzirzəmidə görülməli işlər və tələblər tam aydın şəkildə göstərilsə də, borclu Şəxs tərəfindən onun qarşısında qoyulan tələblərə zidd olan işlər apardığı müəyyən edilmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli 3(009)- 1417/2021 saylı qərarı ilə Şəxs AR İXM-nin 528.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. O da qeyd olunmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə borclu Şəxs ötən müddət ərzində müxtəlif vaxtlarda l(bir) dəfə cinayət və 7 (yeddi) dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasına baxmayaraq, ona verilmiş cəzalardan nəticə çıxarmamış və qanunsuz hərəkətlərini davam etdirməkdədir. Şəxs tərəfindən İcra şöbəsinə ünvanlanmış ərizələrdə icra sənədi üzrə tələbin tam qaydada təmin olduğu bildirilmiş və müvafiq rəy verilməsi üçün ona məxsus yarımzirzəmidə ekspertiza keçirilməsi məqsədilə ekspertin dəvət olunması xahiş edilmişdir. Tərəfimizdən sözügedən sahədə ekspertiza keçirilməsi məqsədilə Səbail rayon məhkəməsinə təqdimatla müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin 8(201)-189/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Həsən Seyidbəyli 31 saylı evin 12 saylı mənzilinin altında yerləşən yarımzirzəmidə məhkəmə-tikinti ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4820 nömrəli ekspert rəyində yarımzirzəminin Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş xx.xx.2000-ci il tarixli texniki pasportun və ona əlavə olunmuş sxem-planının göstəricilərinə uyğun gətirilmədiyi qeyd olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4820 nömrəli ekspert rəyində göstərilən, icra olunmalı işlərin tam qaydada icra olunması üçün Şəxs şöbəyə dəvət olunmuş xx.xx.2022-ci il tarixdə ekspert rəyi rəsmi qaydada təqdim olunmuşdur. Bundan sonra borclu Şəxs şöbəyə dəvət olunmuş və icra hərəkətlərini davam etdirmək məqsədilə ona xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu təqdim olunmuşdur. Lakin Şəxs xəbərdarlığı almaqdan imtina etmiş və icra hərəkətlərini davam etdirilmədiyini bildirmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə müvafiq akt tərtib olunmuş, eləcə də sms bildiriş vasitəsilə onun mobil telefonuna və poçt vasitəsi ilə isə yaşadığı ünvana sifarişli şəkildə bildiriş xəbərdarlıq məktubu göndərilsə də, qətnamə üzrə tələb borclu tərəfindən növbəti dəfə təkrarən təmin edilməmişdir. Göründüyü kimi, borclu Şəxs qətnamənin tələblərini və bununla bağlı icra şöbəsinin tələblərini yerinə yetirməkdən imtina edir. Borclu Şəxs məhkəmə qərarlarını, ekspert rəyinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirməyərək, icra şöbəsi tərəfindən müəyyən olunmuş müddətdə qətnaməni və icra vərəqəsinin icrasını qərəzli və davamlı təmin etməmişdir. Hal-hazırda ona edilmiş xəbərdarlıqlara baxmayaraq, öhdəliyinin tam və lazımi qaydada yerinə yetirilməsinə laqeydlik göstərmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərinin icrasına səhlənkar yanaşmış və ona əvvəllər məhkəmə tərəfindən təyin olunmuş cəzalardan nəticə çıxarmamışdır. Bununla da Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ekspert rəyindən müəyyən anlaşılmazlıq olduğundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndisi texniki eksperti İİİ dərəcəli Ədliyyə qulluqçusu X8 öz ekspert rəyinə dair izahat vermişdir. İzahatında 1-ci və 4-cü suallar üzrə cavabda texniki səhv olaraq yarımzirzəmidə 1 saylı tikilinin yol tərəfə düşən hissəsində texniki pasportda göstərilən pəncərə boşluğunun sökülərək yerində 2 taylı dəmir darvaza quraşdırıldığı, texniki pasportda da, düzgün olaraq yola tərəf düşən hissədə dəmir darvazanın göstərildiyini qeyd etmişdir. Həmçinin otaqlar arası keçid qapılarının sökülməsi və ya saxlanılması mülkiyyətçinin öz səlahiyyətlərinə aid olduğunu bildirmişdir. 2-ci sualda isə qeyd edilən su çənin alt hissənin sökülü vəziyyətdə olmasının texniki səhv olaraq qeyd edildiyini qeyd etmiş və, su çənin alt hissəsinin faktiki olaraq yerində olduğunu lakin, üst hissəsinin söküldüyünün müəyyən olunduğunu, həmçinin sökülmüş hissənin binanın dayaq sütununun olmasının müəyyən edilməsi üçün həmin ərazilərə yenidən baxış keçirilməsi zərurətinin yarandığını bildirmişdir. 3-cü sualla bağlı isə yenidən baxış keçirilməsi zərurəti yaranmışdır. Növbəti dəfə icra sənədində göstərilən yarımzirzəmiyə baxış keçirildikdən sonra texniki ekspert X8 3-cü sualla bağlı xx.xx.2022-ci il tarixdə izahat vermişdir. İzahatında baxış zamanı borclu Şəxs məxsus məzildə binanın dayaq sütununun söküldüyü ona məxsus mənzilin üst mərtəbəsində yəni binanın 4-cü mərtəbəsində yerləşən mənzildə isə binanın dayaq sütununun mövcud olduğunun müəyyən edildiyini qeyd etmişdir. Eyni zamanda Şəxs məxsus mənzilin üst mərtəbələrində yerləşən məzillərin yəni 2-ci, 3-cü və 5-ci mərtəbələrində yerləşən mənzillərin qapısının bağlı olması səbəbindən həmin mənzillərə baxış keçirilməsinin mümkün olmadığını bildirmişdir. Ekspert rəyi həmçinin ekspert tərəfindən verilmiş izahat barədə tərəflərə məlumat verilmişdir. Borclu tərəf isə ekspert rəyi ilə və ekspert tərəfindən verilmiş izahatla razı olmadığını bildirmişdir. Hazırda tələb tam olaraq icra olunmamışdır. Tələbkar tərəf isə icra sənədində göstərilən tələbin icrasını xahiş edir. Göründüyü kimi borclu dəfələrlə inzibati qaydada, bir dəfə isə cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməmiş və bu barədə hər hansı üzrlü səbəb bildirməmişdir. Tərəfimizdən görülmüş icra tədbirləri nəticəsində borclu xx.xx.2023-cü il tarixdə şöbəyə gəlmişdir. O, şöbədə olarkən, məhkəmədə ifadə verəcəyini əsas göstərərək izahat yazmaqdan imtina etdi. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, qeyd olunan işlərin həyata keçirilməsi tapşırılmış, lakin Şəxs müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasını təmin etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş tələbkarın nümayəndəsi X3, icra sənədinin tam icra edilməsi üzrə hərəkətlərin uzun müddət davam etməsini, Şəxs üzərinə qoyulmuş vəzifələrin icrasının vaxtında yerinə yetirilməməsini, əvvəllər ona təyin olunmuş inzibati tənbehlərdən nəticə çıxarmamasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi inzibati tənbehin tətbiq olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o hazıradək onun üzərinə icra sənədi üzrə qoyulan bütün öhdəlikləri yerinə yetirmiş, lakin hazırda ondan nə tələb edildiyi ona məlum deyil, icra məmuru konkret olaraq hansı hərəkətin icra edilməli olduğunu bildirəcəyi halda, o, həmin hərəkəti yerinə yetirəcəkdir. Həmçinin tərar ekspertizanın keçirilməsi ilə bağlı icra məmuruna müraciət etmiş, lakin müraciətinə münasibət bildirilməmişdir. Hazırda əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşin materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə, aşağıdakı əsaslara görə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən, Səbail Rayon Məhkəməsinin 2- 89/06 saylı xx.xx.2006-cı il tarixli qətnaməsi üzrə xx.xx.2006-cı il tarixdə verilmiş icra vərəqəsinə əsasən Şəxs üzərinə öz hesabına Bakı şəhəri H.Seyidbəyli küçəsi 31 saylı evin 12 saylı mənzilinin altında yerləşən yarımzirzəminin Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş xx.xx.2000ci il tarixli 001487 nömrəli Texniki pasportun göstəricilərinə və Texniki pasporta əlavə olunan sxemə uyğun vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(009)-1417/2021 saylı qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli qəraradaddan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-89/2006 saylı, xx.xx.2006-cı il tarixli icra sənədində göstərilmiş Bakı şəhəri, H.Seyidbəyli küçəsi, 31 saylı evin, 12 saylı mənzilinin altında yerləşən yarımzirzəminin, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş xx.xx.2000-ci il tarixli, 001487 nömrəli texniki pasportunun göstəricilərinə və texniki pasporta əlavə olunan sxemə uyğun vəziyyətə gətirilməsini və çatışmazlıqların aradan qaldırılmasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli, 10/4820 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 14997 saylı ekspert arayışının təsviri və nəticə hissəsində göstərilən nöqsanlar borclu Şəxs tərəfindən qismən aradan qaldırıldığı, belə ki texniki pasportda göstərilən 2 saylı tikilinin döşəməsinə tamet vurulduğu, 1,3, 4 və 5 saylı tikililərin döşəmələrinin isə beton olduğu, yarımzirzəmidə 1 saylı tikilinin yol tərəfə düşən hissəsində texniki pasportda göstərilən pəncərə boşluğu sökülərək yerində ikitaylı dəmir darvaza quraşdırıldığı, digər tikililərdə isə otaqlararası keçid qapıları söküldüyü müşahidə edilmişdir. Bu səbəbdəndə tədqiq olunan yarımzirzəmi sahəsinin Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş 16 noyabr 2000-ci il tarixli texniki pasportun göstəricilərinə uyğun vəziyyətə gətirilmədiyi müəyyən edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Komunal Təsərrüfatı Departamenti 3 saylı xüsusi təyinatlı Mənzil-X2 balansında olan sahədə hamam-ayaqyolu tikilisi vaxtı ilə sökülüb, su çəni ləğv edilsədə su çəninin alt hissəsi ölçüsü 1m*1m, hündürlüyü 2 metr ölçüdə olan binanın dayaq tikilisi sökülü vəziyyətdə qalmaqdadır. Mövcud olan su çəninin alt hissəsi binanın tərkib hissəsi kimi sayıldığı, onun faktiki funksiyası binanın dayaq sütunu kimi nəzərdə tutulduğu, belə ki, onun davamının binanın üst mərtəbələrində də mövcud olduğu müəyyən edilmişdir.Yarımzirzəminin üst mərtəbəsində sözügedən tikilinin davamı mövcud olduğu halda binanın 3 saylı MİS-ə məxsus olan yarımzirzəminin sahəsində faktiki funksiyası sütun dayağı kimi nəzərdə tutulmuş tikilinin tam sökülməsi və yaxud bir hissəsinin sökülməsi yolverilməzdir və mövcud olan normalara zidd sayılır. Su çəninin alt hissəsi hal hazırda yararsız vəziyyətdə olduğu üçün binaya hazırda və gələcəkdə binaya ziyan gətirə, binanın davamlılığına, dayanıqlığına və onun istismar müddətinə ciddi xələl gətirə bilər. Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsi, 31 saylı evin 12 saylı mənzilin altında yerləşən yarımzirzəminin 1 saylı ojtağim 1/6)8 kv m olan sahənin döşəməsinin altından kanalizasiya xətti keçir. Bununla bağlı Azərsu ASC-nin xx.xx.2020-ci il tarixli, 03/03-3/5/1258 nömrəli və xx.xx.2020-cHİ tarixlj, RO-02/2-790 nömrəli məktublarda, icra şöbəsi tərəfindən göndərilən bildirişlərdə, xəbərdarlıqlarda görülməli olan iş üzrə tələblər icra olunmamış halda qalmaqdadır. Eyni zamanda Səbail Rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanovun imzası ilə təsdiq edilmiş məktubda Bakı şəhəri, Səbail rayolm/H.Seyidbəyli küçəsi, 31 saylı binanın 12 saylı mənzilinin altında yerləşən yarımzirzəmidən d 150 mm-lik kanalizasiya xətti keçir. İstismar İdarəsi olaraq və fəaliyyətimizdə SNİP 2.04.03.-85- saylı Binadaxili su və kanalizasiya xətləri normativ sənədinə əsaslanaraq 17.16.-cı maddəyə əsasən (Çoxmərtəbəli yaşayış binalarının zirzəmi hissəsində torpaq altında olan və çirkab suların hərəkət etdiyi kanalizasiya borularının yarana biləcək hər hansı mexaniki təsirdən qorunması üçün çəkilərkən zərurət olarsa kanallar nəzərdə tutulur ki, onlarında hündürlüyü döşəmə səviyyəsinə qədər qaldırılır, üzəri plitələrlə bağlanır) gələcəkdə yarana biləcək hər hansı qəza zamanı boruya müdaxilə etmək mümkün olmalı nöqteyi nəzərdən borunun üzəri torpaq hissə olaraq qalması tövsiyyə olunur. Əlavə olaraq əgər mülkiyyətçi gələcəkdə kanalizasiya xəttinin fəaliyyətində yarana biləcək hər hansı bir xoşagəlməz hallar üçün və xəttin təmir olunması məqsədi ilə şəraitin yaradılmasını yazılı surətdə məsuliyyəti üzərinə götürürsə bu halda boruların üzəri bağlana bilər. Yalnız bu halda Sukanal İdarəsi xəttdə yarana biləcək nasasızlıqlar üçün məsuliyyət daşımadığı və məsuliyyət tamamilə mülkiyyətçinin üzərinə.düşməsi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Azərsu ASC Səbail rayon Sukanal İdarəsinin 17 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Səbail rayon Sukanal İdarəsi daxıl olmuş müraciətlə əlaqədar bildirir ki, H.Seyidbəyli küçəsi 31 saylı binanın 12 saylı mənzilin altında yerləşən yarımzirzəmidən d150mm-lik kanalizasiya xətti keçir.İstismar idarəsi olaraq və fəaliyyətimizdə SNİP 2.04.03.-85-saylı Binadaxili su və kanalizasiya xətləri normativ sənədinə əsaslanaraq 17.16,-cı maddəyə əsasən (Çoxmərtəbəli yaşayış binalarının zirzəmi hissəsində torpaq altında olan və çirkab suların hərəkət etdiyi kanalizasiya borularının yarana biləcək hər hansı mexaniki təsirdən qorunması üçün çəkilərkən zərurət olarsa kanallar-nəzərdə tutulur ki, onların da hündürlüyü döşəmə səviyyəsinə qədər qaldırılır, üzəri plitələrlə bağlanır) gələcəkdə yarana biləcək hər hansı qəza zamanı boruya müdaxilə etmək mümkün olmalı nöqteyi nəzərdən borunun üzəri torpaq hissə olaraq qalması tovsiyyə olunur.Əlavə olaraq əgər mülkiyyətçi gələcəkdə kanalizasiya xəttinin fəaliyyətində yarana biləcək hər hansı bir xoşagəlməz hallar üçün və xəttin təmir olunması məqsədi ilə şəraitin yaradılmasını yazılı surətdə məsuliyyəti üzərinə götürürsə bu halda boruların üzəri bağlana bilər. Yalnız bu halda Sukanal İdarəsi xəttdə yarana biləcək nasasızlıqlar üçün məsuliyyət daşımır və məsuliyyət tamamilə mülkiyyətçinin üzərinə düşür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert X4 izahatından görünür ki, 1-ci və 4-cü suallar üzrə cavabda texniki səhv olaraq yarımzirzəmidə 1 saylı tikilinin yol tərəfə düşən hissəsində texniki pasportda göstərilən pəncərə boşluğunun sökülərək yerində 2 taylı dəmir darvaza quraşdırıldığı, texniki pasportda da, düzgün olaraq yola tərəf düşən hissədə dəmir darvazanın göstərildiyini qeyd etmişdir. Həmçinin otaqlar arası keçid qapılarının sökülməsi və ya saxlanılması mülkiyyətçinin öz səlahiyyətlərinə aid olduğunu bildirmişdir. 2-ci sualda isə qeyd edilən su çənin alt hissənin sökülü vəziyyətdə olmasının texniki səhv olaraq qeyd edildiyini qeyd etmiş və, su çənin alt hissəsinin faktiki olaraq yerində olduğunu lakin, üst hissəsinin söküldüyünün müəyyən olunduğunu, həmçinin sökülmüş hissənin binanın dayaq sütununun olmasının müəyyən edilməsi üçün həmin ərazilərə yenidən baxış keçirilməsi zərurətinin yarandığını bildirmişdir. 3-cü sualla bağlı isə yenidən baxış keçirilməsi zərurəti yarandığını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert X4 izahatından görünür ki, növbəti dəfə icra sənədində göstərilən yarımzirzəmiyə baxış keçirildikdən sonra bildirmişdir ki, baxış zamanı borclu Şəxs məxsus məzildə binanın dayaq sütununun söküldüyü ona məxsus mənzilin üst mərtəbəsində yəni binanın 4-cü mərtəbəsində yerləşən mənzildə isə binanın dayaq sütununun mövcud olduğunun müəyyən edildiyini qeyd etmişdir. Eyni zamanda Şəxs məxsus mənzilin üst mərtəbələrində yerləşən məzillərin yəni 2-ci, 3-cü və 5-ci mərtəbələrində yerləşən mənzillərin qapısının bağlı olması səbəbindən həmin mənzillərə baxış keçirilməsinin mümkün olmadığını bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 dekabr 2022-ci il tarixli qərarından görünür ki, X1 ərizəsi əsasında toplanmış materialın araşdırması zamanı Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin-tələbkarın nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, öhdəliyinin lazımi qaydada yerinə yetirilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan elektron portaldan görünür ki, Şəxs xx.xx.1953-cü il tarixində anadan olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, Şəxs 1953-cü il təvəllüdlü olduğundan onun barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar