Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-681/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 fevral 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi X2 protokola etiraz edərək icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Səbail Rayon Dövlət X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, 06 fevral 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC-nin mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Səbail Rayon Dövlət X8 tərəfindən Şəxs ASC-yə xx.xx.2025-ci il tarixdə məktub göndərilmiş, xx.xx.2025-ci il tarixdə məktub Möylamova adlı şəxs tərəfindən alınmışdır. İş materiallarına əlavə edilmiş Şəxs ASC-nin etirazından görünür ki, AR DlN Bakı şəhəri Səbail rayon Polis İdarəsi "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında materialı baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir, hazırda iş icraatdadır və məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 15:50-yə təyin edilmişdir. İş materiallarında olan Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP6881138 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Haval H6 HEY hibrid” minik markalı 90YG730 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə törədilmiş inzibati xəta törədilmişdir. Lakin "xxxx" ASC mülkiyyətində olan həmin avtomobilin kim tərəfindən idarə edilməsi barədə Səbail rayon DYPŞ-nin müvafiq sorğusuna (bildirişinə) cavab vermədiyindən onun barəsində Səbail rayon DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə hazırkı protokol tərtib edilmişdir. Qeyd edilənlər və sözügedən inzibati xətanın törədilməsi ilə bağlı hazırkı materiallar ilə razılaşmayaraq etiraz edirik. Məhkəmənin nəzərinə çatdırılır ki, “Haval H6 HEY hibrid” minik markalı 90YG730 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə inzibati xəta törədilməsi barədə məlumatın göstərildiyi və həmin avtomobilin kim tərəfindən idarə edilməsi barədə məlumatın təqdim edilməli olması ilə bağlı Səbail rayon DYPŞ-nin bildirişi (sorğusu) xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin ünvanına daxil olmuşdur. Səbail rayon DYPŞ-nin bildirişinə (sorğusuna) “BANK RESPUBLİKA" ASC-nin xx.xx.2025-ci il tarixli 151 saylı məktubu ilə cavab verilmişdir. Məktubda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə “Haval H6 HEY hibrid” minik markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücü X3 idarə etmişdir. Qeyd edilən cavab məktubu xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə Səbail rayon DYPŞ-nə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Səbail rayon DYPŞ-də imza edilməklə qəbul edilmişdir. Bu halları özündə əks etdirən sənədlər Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə icraatda olan işə əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi “BANK RESPUBLİKA" ASC mülkiyyətində nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi ilə bağlı məlumatı Səbail rayon DYPŞ-dən bu barədə sorğusu daxil olduqdan sonra xx.xx.2025-ci il tarixli 151 saylı məktub ilə cavablandırmış, məktub xx.xx.2025- ci il tarixdə poçt vasitəsi ilə Səbail rayon DYPŞ-nə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Səbail rayon DYPŞ-də qəbul edilmişdir. Beləliklə. “BANK RESPUBLİKA" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Maddə 53.1. aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Maddə 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; Maddə 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Maddə 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələblərini rəhbər tutaraq “BANK RESPUBLİKA" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, № 151 məktubdan görünür ki, Şəxs ASC tərəfindən Səbail Rayon Dövlət X5 sorğusuna cavab verilmişdir. İş materiallarına əlavə edilmiş № 917610 qaimədən görünür ki, Şəxs ASC tərəfindən Səbail Rayon Dövlət X5 sorğusuna verilmiş cavab xx.xx.2025-ci il tarixdə Əliyev adlı şəxs tərəfindən qəbul edilmişdir. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən isə müəyyən edilir ki, Səbail Rayon Dövlət X5 sorğusuna əsasən “Haval H6 HEV hibrid minik” markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat Şəxs ASC tərəfindən Səbail Rayon Dövlət X6 verilmişdir. Təsvir olunanlardan görünür ki, Səbail Rayon Dövlət X8 tərəfindən göndərilmiş sorğuya Şəxs ASC tərəfindən cavab verildiyindən Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. (İXP 6881138) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-681/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-681/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver