Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-690/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Bakı Şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin sahə inspektoru X3, Zərərçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1949-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin sahə inspektoru X6 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə vətəndaş Şəxs Səbail rayonu, ünvan 2 mənzil 1 ünvanında kirayədə yaşayarkən həmin mənzildən X4 məxsus 490 AZN dəyərində ev əşyalarını oğurlamışdır. Göstərilənlərə nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə vətəndaş Şəxs Səbail rayonu, ünvan 2 mənzil 1 ünvanında kirayədə yaşayarkən həmin mənzildən ona məxsus 490 AZN dəyərində ev əşyalarını oğurlamışdır. Göstərilənlərə nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı qismən etiraf edərək bildirmişdir ki, Səbail rayonu, ünvan 2 mənzil 1 ünvanında kirayədə yaşayarkən həmin mənzildən X4 məxsus 490 AZN dəyərində ev əşyalarını oğurlamamışdır, sadəcə həmin əşyalar köhnəldiyi üçün evdən çıxarmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, materiala əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə Qərardan görünür ki, X1 adlı makler vasitəsi ilə Səbail rayonu Salyan yolu 2 ünvanında yerləşən qardaşının həyat yoldaşının adma olan mənzili adını xatırlamadığı qadına ayı 350 manat olmaqla kirayə vermişdir. Həmin qadın kirayə haqqını versədə evin kommunal pulunu ödəməmişdir.xx.xx.2020-ci il tarixdə qadın evi tərk edib getdikdən sonra o, evə baxmağa getmişdir.Bu zaman evdə olan ümumi dəyəri 490 manat təşkil edən ev əşyaların, yəni təzə taxt, üstü dəst döşəyi, postel, qab-qacaq əşyaların evdə olmadığını aşkar etmişdir.Həmin qadınla ***-***-**-** mobil nömrə ilə əlaqə saxladıqda sonuncu həmin əşyaları qaytaracağını və ya pulunu verəcəyini bildirsədə bu günə kimi onunla əlaqə saxlaya bilməmişdir.Həmin hadisə nəticəsində ona 490 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4-cü maddəsinə əsasən ictimai işlər birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara; hamilə qadınlara; himayəsində üç yaşınadək uşağı olan qadınlara, üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə pensiya yaşına çatmış qadın və kişilərə və hərbi qulluqçulara tətbiq oluna bilməz. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 2021-ci il üzrə Azərbaycanda kişilərin pensiya yaşı 65 yaş , qadınların pensiya yaşı isə 62 yaş müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 71 yaşı olduğundan onun barəsində ictimai işlər və yaxud inzibati həbs növündə inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, lakin o, inzibati təhbeh tətbiq edilməkdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-690/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-690/2021
16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver