Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-692/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X1 Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, İXP seriyalı 5199711, 13 mart 2023-cü il tarixli, İXP ******* və 27 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli, İXP seriyalı 5199711, 13 mart 2023cü il tarixli, İXP ******* və 27 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, X2 yol hərəkəti haqqında qaydaları pozduğu üçün barəsində EQ 11234623, EQ 11235553, EQ 11335411 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar qəbul edilmişdir. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan elektron məhkəmə portalının çıxarışından görünür ki, X2 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.,və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, İXP seriyalı 5199711, 13 mart 2023-cü il tarixli, İXP ******* və 27 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-692/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-692/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver