Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-694/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail Rayon şöbəsinin icra məmuru X3, X2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, Barəsində inzibati protokol tərtib edilmiş şəxsin vəkili Vəkil, X1 iştirakları ilə, 15.10.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, ev 3, mənzil 37 ünavnında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayonu İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail Rayon şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-88/2020 nömrəli, 15.01.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs qızından 53095,5 ABŞ dolları borc icra sənədinin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla və 30 manat məbləğində dövlət rüsumu alınaraq X2 xeyrinə ödənilməlidir. 08.06.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Şəxs göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. "xxxx" MMC tərəfindən şöbəyə daxil olmuş 20.12.2021-ci il tarixli məktubda borclu Şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbədi, 263A saylı bağ sahəsi (12 ha) N.Y-300/21 saylı protokola əsasən 48000 manata qalib alıcı X7 tərəfindən əldə edildiyi qeyd edilmişdir. Bundan əlavə borclu tərəfindən 500 (beş yüz) manat məbləğ Səbail rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Lakin tələbkar ərizə ilə müraciət edərək borclu barəsində məcburi icra tədbirlərinin görülməsini bildirmişdir. Beləliklə, borclu Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-88/2020 nömrəli, 15.01.2020-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə yayınır. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərdiklərini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini, icra sənədi üzrə olan borcu birdəfəlik ödəməyə imkanının olmadığını, hazırda ayda 200-300 (iki yüz-üç yüz) manat məbləğində ödəniş etməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsın vəkili Vəkil, Şəxs icra sənədində göstərilən tələbi icra etməkdən qərəzli şəkildə yayınmadığını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədində göstərilən tələbi yerinə yetirmək üçün maddi imkanının olmadığını, icra sənədi üzrə yaranan borcu Şəxs birdəfəlik ödəməyə imkanın olmadığını, hər ay 200-300 (iki yüz-üç yüz) manat məbləğində ödəniş etməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7, borcun hissə-hissə ödənməsinə razı olmadığını, icra sənədi üzrə yaranan borcun birdəfəlik ödənməsini tələb etdiyini bildirmiş, ödənmədiyi halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 05.04.2022-ci il tarixli İnzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, borclu Şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-88/2020 nömrəli, 15.01.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı protokola əlavədən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-88/2020 nömrəli, 15.01.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs qızından 53095,5 ABŞ dolları borc icra sənədinin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla və 30 manat məbləğində dövlət rüsumu alınaraq X2 xeyrinə ödənilməlidir. 08.06.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Şəxs göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. "xxxx" MMC tərəfindən şöbəyə daxil olmuş 20.12.2021-ci il tarixli məktubda borclu Şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbədi, 263A saylı bağ sahəsi (12 ha) N.Y-300/21 saylı protokola əsasən 48000 manata qalib alıcı X7 tərəfindən əldə edildiyi qeyd edilmişdir. Bundan əlavə borclu tərəfindən 500 (beş yüz) manat məbləğ Səbail rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Lakin tələbkar ərizə ilə müraciət edərək borclu barəsində məcburi icra tədbirlərinin görülməsini bildirmişdir. Beləliklə, borclu Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-88/2020 nömrəli, 15.01.2020-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə yayınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-694/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-694/2022
05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver