Məhkəmə qərarları › İş №3(009)-7/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-7/2022

12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-7/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 23 iyul 2021-ci il tarixli 00100-1126/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunun əməkdaşları tərəfindən Çin Xalg Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan “BU BU" MMC-nin ünvanına 39B51510/39B51610 nömrə nişanlı avtomaşının üzərində TRUL7380234 nömrəli konteyner ilə daxil olmuş BBGİ-də **********1280 saylı 27.05.2021-ci il tarixli Gömrük Bəyannaməsi ilə bəyan edilən dəftərxana və məktəb ləvazimatları yükünə İpək Yolu gömrük postunda gömrük baxışı keçirilmişdir. Gömrük baxışı zamanı yükün GB- də 10-cu mal mövgeyində bəyan olunan əl alətləri yükündən 20 ver 40 ədəd 0288 UV markalı pul sayan maşın, 22 yer 88 ədəd N320 markalı Laminator aparatı,10 yer 20 ədəd kağız kəsən avadanlığ, 10 yer 10 ədəd S516 markalı 5 yer 10 ədəd S340 5 yer 10 ədəd S273 markalı kağız doğrayan avadanlıq, 5 ver 100 ədəd TK2028 markalı 5 yer 150 ədəd AD2138 markalı 5 yer 200 ədəd HX 318 markalı pul yoxlayan aparat, 1 yer 40 ədəd RS232 markalı barkot oxuyan aparat bəyan olunmadığı aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan, gömrük orqanına düzgün bəyan edilməyən yüklərin qiymətləndirilməsi üçün xüsusi biliyə malik olan ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından, məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardada əsasən 1400-013/006- 24/003915 nömrəli, 14 iyun 2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/4177 nömrəli, 14 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən 0288 UV markalı pul sayan maşının birin qiyməti 75 manat olmaqla 40 ədədinin qiyməti 3000 manat, N320 markalı laminator aparatının bir ədədinin qiyməti 42.50 manat olmaqla 88 ədədinin qiyməti 3740 manat, 2088C markalı kağız kəsən aparatın 1 ədədin qiyməti 100 manat olmaqla 20 ədədinin qiyməti 2000 manat, S515 markalı kağız doğrayan aparatın'bir ədədinin qiyməti 320 manat olmaqla 10 ədədinin qiyməti 3200 manat, S 340 markalı kağız doğrayanın bir ədədinin qiyməti 125 manat olmaqla 10 mədədinin qiyməti 1250 manat, S273 markalı kağız doğrayan aparatın bir ədədinin qiyməti 131 manat olmaqla 10 ədədinin qiyməti 1310 manat, TK2028 markalı pul yoxlayan aparatın bir ədədinin qiyməti 14 manat olmaqla 100 ədədinin qiyməti 1400 manat, AD2138 markalı pul yoxlayan aparatın bir ədədinin qiyməti 20 manat olmaqla 150 ədədinin qiyməti 3000 manat, HX 318 markalı pul yoxlayan aparatın bir ədədinin qiyməti 14 manat olmaqla 200 ədədinin qiymıti 2800 manat RS232 markalı barkod oxuyan aparatın bir ədədinin qiyməti 18 manat olmaqla 40 ədədinin qiyməti 720 manat olmaqla ümumilikdə düzgün bəyan edilməyən yüklərin qiyməti 22420 manat təşkil etdiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil protokola etiraz edərək, bildirdi ki, ekspertiza rəyində qeyd edilən məbləğlə razı deyil. Belə ki, həmin yüklərin ümumi dəyəri ekspertiza rəyində göstərilən qiymətdən qat-qat aşağıdır. Çin Xalq Respublikasından həmin malları göndərən şirkətin qiymət cədvəlindən görünür ki, yüklərin ümumi dəyəri 5-6 min civarındadır. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Çin Xalq Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Bu Bu MMC nin ünvanına 39B51510/39B51610 nömrə nişanlı avtomaşının üzərində TRUL7380234 nömrəli konteyner ilə daxil olmuş BBGİ-də **********1280 saylı 27.05,.2021-ci il tarixli Gömrük Bəyannaməsi ilə bəyan edilən dəftərxana və məktəb ləvazimatları yükünə İpək Yolu gömrük postunda gömrük baxışı keçirilmişdir. Gömrük baxışı zamanı yükün GB-də 10-cu mal mövqeyində bəyan olunan Əl alətləri yükündən 20 yer 40 ədəd 0288 UV markalı pul sayan maşın, 22 yer 88 ədəd N320 markalı Laminator aparatı,10 yer 20 ədəd kağız kəsən avadanlıq, 10 yer 10 ədəd S516 markalı 5 yer 10 ədəd S340 5 yer 10 ədəd S273 markalı kağız doğrayan avadanlıq, 5 yer 100 ədəd TK2028 markalı 5 yer 150 ədəd AD2138 markalı 5 yer 200 ədəd HX 318 markalı pul yoxlayan aparat, 1 yer 40 ədəd RS232 markalı barkot oxuyan aparat bəyan olunmadığı aşkar edilmişdir (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarına əlavə edilmiş 28 may 2021-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, yoxlama zamanı ünvan 1 ünvanında qeydiyyatda olan “Bu Bu MMC”-nin ünvanına 39B51510/39B51610 nömrə nişanlı avtomaşının üzərində TRUL7380234 nömrəli konteyner ilə daxil olmuş BBGİ-də **********1280 saylı 27.05.,2021-ci il tarixli Gömrük Bəyannaməsi ilə bəyan edilən dəftərxana və məktəb ləvazimatları yükünə İpək Yolu gömrük postunda gömrük baxışı keçirilmişdir. Gömrük baxışı zamanı yükün GB-də 10-cu mal mövqeyində bəyan olunan Əl alətləri yükündən 20 yer 40 ədəd 0288 UV markalı pul sayan maşın, 22 yer 88 ədəd N320 markalı Laminator aparatı,10 yer 20 ədəd kağız kəsən avadanlıq, 10 yer 10 ədəd S516 markalı 5 yer 10 ədəd S340 5 yer 10 ədəd S273 markalı kağız doğrayan avadanlıq, 5 yer 100 ədəd TK2028 markalı 5 yer 150 ədəd AD2138 markalı 5 yer 200 ədəd HX 318 markalı pul yoxlayan aparat, 1 yer 40 ədəd RS232 markalı barkot oxuyan aparat bəyan olunmadığı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2021-ci il tarixli 9/4177 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 10 adda əşyaların ümumilikdə 27.05.2021-ci il tarixə orta bazar qiyməti təxminən 22420.00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2021-ci il tarixli 9/7930 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 10 adda əşyaların ümumilikdə 27.05.2021-ci il tarixə orta bazar qiyməti təxminən 22420.00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində, yəni 6726 (altı min yeddi yüz iyirmi altı) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar