Məhkəmə qərarları › İş №3(009)-70/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-70/2023

12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-70/2023 12.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs (tələbkar) "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 12 yanvar 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491 /2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə xx.xx.2021ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş cavabdeh Şahmarova Hicran Ağacavad qızına məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən cavabdeh Şahmarova Hicran Ağacavad qızı tərəfindən iddiaçı “Ellis Catering’’ MMC-nin çıxarılması qeyri-qanuni hesab edilməlidir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş cavabdeh Şahmarova Hicran Ağacavad qızına məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən iddiaçı "xxxx" MMC-nin istifadəsi ilə bağlı cavabdeh Şahmarova Hicran Ağacavad qızı tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələr aradan qaldırılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şahmarova Hicran Ağacavad qızı icra sənədində göstərilən tələbi təmin edilməmişdir. Sonuncu dəfə borclunun etibarnamə üzrə nümayəndəsi Şəxs rəsmi qaydada xx.xx.2022-ci il tarixdə icra sənədinin icrası ilə bağlı xəbərdarlıq məktubu rəsmi qaydada təqdim edilmişdir. Lakin buna baxmayaraq tələb borclu tərəfindən icra edilməmişdir. Sonrakı dövrdə yenidən tərəfindən Şahmarova Hicran Ağacavad qızı şöbəyə dəvət edilmişdir. Borclunun etibarnamə üzrə nümayəndəsi Şəxs xx.xx.2023-cü il tarixdə şöbəyə gəlmiş və ondan izahatı alınmışdır. İzahatında məhkəmə qərarının icrasına heç bir maneçilik törətmədiklərini bildirərək qeyri-yaşayış binasının giriş qapısının açarlarının təhvil verilməsi ilə bağlı icra sənədində heç bir müddəanın əksini tapmadığını qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs (tələbkar) "xxxx" MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, qətnamənin icra olunmalıdır, lakin borclu tərəf icra sənədini icra etməkdən yayınır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əsassız olduğunu hazırda icra sənədinin borcludan asılı olmayan səbəblərdən icra edilə bilmədiyini bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491 /2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş cavabdeh Şahmarova Hicran Ağacavad qızına məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən cavabdeh Şahmarova Hicran Ağacavad qızı tərəfindən iddiaçı “Ellis Catering’’ MMC-nin çıxarılması qeyri-qanuni hesab edilməlidir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş cavabdeh Şahmarova Hicran Ağacavad qızına məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən iddiaçı "xxxx" MMC-nin istifadəsi ilə bağlı cavabdeh Şahmarova Hicran Ağacavad qızı tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələr aradan qaldırılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarından göründüyü kimi icra sənədi üzrə borclu Şahmarova Hicran Ağacavad qızı göstərilmişdir, lakin inzibati xəta haqqında protokol onun nümayəndəsi kimi göstərilən Şəxs barəsində tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətlərini nəzərə alaraq hesab edir ki, icra sənədi üzrə borclu şəxs icra sənədinin icrasına maneə törətdikdə onun barəsində hazırki maddə ilə protokol tərtib edilə bilər. Odur ki, icra sənədi üzrə hər hansı bir maneənin törədilməsi təqsdiq olunduğu halda borclu Şahmarova Hicran Ağacavad qızı barəsində müvafiq protokol tərtib edilə bilər. Belə ki, hazırki işdə Şəxs borclunun nümayəndəsi olduğu halda, məhz onun iradə ifadəsi ilə hərəkət etməlidir. Əks halda borclu Şahmarova Hicran Ağacavad qızı özü nümayəndəsinin hərəkətlərinə etiraz edə bilər. Bu kimi hallar icra icraatı çərçivəsində əlavə olaraq araşdırılmalı və zəruri olduğu halda məhz borclu barəsində müvafiq tədbir görülməlidir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati xətanın törədilməsinə aidiyyatı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyatı olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 105 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyatı olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar