Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-701/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X12 qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X18 və onun nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X2 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin EP ******* saylı 28 yanvar 2022-ci il tarixli qərarından X11 vəkili Nümayəndə şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X11 vəkili Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Gömrük Komitəsinin Əməliyyatİstintaq Baş İdarəsi tərəfindən X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə olunmasına dair 28 yanvar 2022-ci i tarixli 10000/0050 EP№ ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və X18 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində inzibati tənbeh tədbiri edilmiş X18 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində gömrük brokeri vəzifəsində işləyir. 02.12.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 13, X16, 2-ci mərtəbədə yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinə gömrük əməkdaşları daxil olaraq özlərini təqdim etmədən, Cəmiyyətin əməkdaşı X11 işlədiyi masaya yaxınlaşaraq onun gördüyü işi araşdırmadan, hər hansı kompyuterə baxış keçirmədən öz aralarında nəsə danışdıqdan sonra X11 X6 məxsus asan imzasından istifadə etməsini qeyd edib akt tərtib etmişlər və sonra çıxıb getmişlər. Bundan sonra Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinindən Müəssisənin direktoru X3 zəng vurularaq izahat vermək üçün idarəyə dəvət olunmuşdur. 06.12.2021-ci il tarixdə X1 gedərək izahat vermiş və X9, X11 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri olduğunu, öz vəzifələrini lazımınca icra etdiklərini, heç kimin asan imzasından istifadə etmədiklərini, ən əsası da hər hansı qanun pozuntusuna yol vermədikləri barədə izahat vermişdir. Protokolun surəti barəsində inzibati icraat aparılan şəxsə təqdim olunmamış və ya ünvanına rəsmi olaraq göndərilməmişdir. Bundan başqa təhqiqatçı X14 izahat verməyə qanunla nəzərdə tutulmuş qaydada deyil, direktora zəng edərək çağırmışdır. Bundan başqa qeyd edilməlidir ki, X11 hərəkətlərində inzibati xətanın tərkib əlamətləri yoxdur və o heç bir qanun pozuntusuna yol verməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən X11 Azərbaycan Respublikası İXMnin 509.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə olunmasına dair 28 yanvar 2022-ci i tarixli 10000/0050 EP№ ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və X18 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X18, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin EP ******* saylı 28 yanvar 2022-ci il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X11 nümayəndəsi Nümayəndə, şikayətin məzmununa uyğun ifadə verərək, Azərbaycan Respublikası Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə olunmasına dair 28 yanvar 2022-ci il tarixli 10000/0050 EP№ ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və X18 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X7 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də gömrük brokeri vəzifəsində işləyir. 02 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 13, X16, 2-ci mərtəbədə yerləşən "xxxx" MMC-nin ofisinə gömrük əməkdaşları daxil olaraq X11 ona məxsus asan imzadan istifadə etməsini qeyd edib akt tərtib etmişlər. Həmin vaxt o ofisdə olmamışdır. Asan imza hər zaman onun üzərində olur, başqa heç kəs asan imzadan istifadə etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, gömrük brokeri kimi fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən gömrük qanunvericiliyinin tələblərinə riayət olunub-olunmaması yoxlamaq məqsədi ilə kompleks tədbirlər həyata keçirmişlər. Kompleks tədbirlər nəticəsində "xxxx" MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvanda X11 faktiki olaraq bəyannamə tərtib etmək hüququna malik X5 elektron imza kartı ilə gömrük bəyannamələrinin tərtibatı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət qismən təmin olunmalı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin EP ******* saylı 28 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin EP ******* saylı 28 yanvar 2022-ci il tarixli qərarından görünür ki, X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. X18 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.1-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Qərar yalnız onunla əsaslandırılmışdır ki, materiala əlavə edilmiş 02 dekabr 2021-ci il tarixli akta əsasən "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ofisdə həmin şirkətdə broker kimi fəaliyyət göstərən X18 ixtisas attestatının olmadığı halda sözügedən şirkətin ixtisas attestatı olan X5 asan imzasından istifadə etməklə gömrük bəyannamələrinin tərtibi ilə məşğul olduqları müəyyən edilmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər, lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olub-olmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Şəxsin inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 509.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələbləri pozulmaqla gömrük brokeri (gömrük təmsilçisi), səlahiyyətli iqtisadi operator və ya gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsasən gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Gömrük brokeri öz fəaliyyətini bu Məcəlləyə və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktlara uyğun həyata keçirir. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. Müvafiq icra hakimiyyəti orqanı gömrük brokerlərinin dövlət reyestrini müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara uyğun olaraq aparır, onu nəşr edir, rəsmi internet saytında yerləşdirir və müvafiq məlumatların daimi yeniləşdirilməsini təmin edir. Şəxs gömrük brokerinin xidmətlərindən imtina edə bilər. Bu halda gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin bu Məcəllənin 151-ci maddəsinə uyğun olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X11 iştirakı təmin edilməmiş, eyni zamanda onun hansı əməlinin inzibati xəta tərkibi yaratması protokol və qərarda öz əksini tapmamışdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, X11 nümayəndəsi Nümayəndə şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin EP ******* saylı 28 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X11 nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin EP ******* saylı, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin EP ******* saylı, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-701/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-701/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver