Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-703/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qəribli Günel Adil qızının katibliyi, Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədovun, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Ağdam rayonu, Gülablı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədov tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədov bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-28/2018 sayl, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxxxx 2018-ci ildən başlayaraq Şəxs xx.xx.2015-ci ildə anadan olmuş Uğur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment tutulub X1 verilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs X2 xx.xx.2020-ci il tarixli ərizəsində qeyd etmişdir ki, o, aliment pulunu 2020-ci ilin iyun ayı daxil olmaqla almışdır, borclu Şəxs iki aydır aliment pulunu ödəmir. Borclu barəsində aidiyyatı orqanlara sorğu ilə müraciət edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2021-ci il tarixdə şöbədə olarkən ondan izahatı alınmışdır. İzahatında qeyd etmişdir ki, pandemiya dövrü olduğuna görə işsiz olmuş, bu səbəbdən ödənişləri mütəmadi olaraq ödəyə bilməmiş, bu günədək isə icra sənədi üzrə 3190 AZN ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, pandemiya dövrü olduğuna görə işsiz olmuş, bu səbəbdən ödənişləri mütəmadi olaraq ödəyə bilməmiş, bu günədək isə icra sənədi üzrə 3190 AZN ödəniş etmişdir.İş materiallarında olan qəbzin surətindən görünür ki, Şəxs icra sənədi üzrə 300 manat ödəniş etmişdir,qalan məbləği isə hissə-hissə ödəyəcəyini öhdəsinə götürdüyünü bildirmişdir. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığı təqdirdə barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq olunacağı və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Hazırda 990 (doqquz yüz doxsan) manat məbləğində borcu vardır. İş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-28/2018 sayl, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxxxx 2018-ci ildən başlayaraq Şəxs xx.xx.2015-ci ildə anadan olmuş Uğur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment tutulub X1 verilməsi qət edilmişdir. İcra sənədi Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə daxil olmuş və şöbə tərəfindən icraata başlanılmışdır. Elektron İcra Sistemindən əldə olunmuş məlumata əsasən borclunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borclu Şəxs borcunun yaranma səbəbini pandemiya dövrü olduğuna görə işsiz olması ilə əlaqələndirmiş və eyni zamanda borcundan bu günədək 3190 AZN ödəniş etdiyini bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin mənasından da aydın olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə hazırda borclu Şəxs izahatında göstərdiyi “pandemiya dövrü olduğuna görə işsiz olması” dəlilini ağlabatan hesab edir, eyni zamanda pandemiya dövrü olduğuna görə işsiz olması, bu səbəbdən də borcunu ödəyə bilməməsi üzrlü hesab edilməlidir. Belə olan halda isə, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №3(009)-703/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-703/2021
16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver