Məhkəmə qərarları › İş №3(009)-705/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-705/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-705/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-0468/21 saylı, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Hüquqi şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikasına Türkiyə Respublikasında fəaliyyət göstərən “X2 Malzemeleri Ticaret Limited” şirkətinin tapşırığı ilə İtaliyada fəaliyyət göstərən “Gewıss-S.P.A” şirkətindən 33DLG67/33E5208 nömrə nişanlı yük avtomobildə göndərilən 15120 ədəd “Gewıss” markalı “GW 24404” artikullu müvafiq aparaturalar ilə komplektləşdirilməmiş elektrik açarları üçün plastik qutuları (yuvalar) yükünü xx xxxxxx 2021-ci il tarixdə Bakı Baş Gömrük dərəsində **********2840 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün luraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 39 26 90 970 9 alt yarım mövqeyində sinifləşdirməli olduğu halda, bu malı 8535, 8536-cı mal mövqeləri, yəni 1000 V-dan çox gərginlik üçün elektrik övlərin kommutasiyası və ya qorunması üçün, elektrik dövrələrinə qoşulmaq üçün və ya elektrik dövlər üçün aparaturalar, 8537-ci mal mövqeyi, yəni elektrik cərəyanının idarəetməsi və ya bölüşdürülməsi üçün əvvəlki mal mövqeyinin iki və ya daha çox qurğusu ilə təchiz olunmuş paraturalar üçün nəzərdə tutulan, lakin müvafiq aparatura ilə komlektləşdirilmiş pultlar, panellər, konsollar, masalar, bölüşdürücü şitlər və digər təməllərin aid olduğu 8538 10 000 0 alt yarım mövqeyində sinifləşdirməklə, faktiki olaraq sadalananların heç birinə aid olmayan lasmasdan məmulatlara görə ödənilməli olan 2087,67 manat idxal rüsumu, 375,79 manat əlavə dəyər vergisindən ibarət olmaqla, ümumilikdə az miqdarda, yəni 2463,46 manat gömrük ödənişlərinin ödənilməsindən malın yalnış kod altında sinifləşdirilməsilə yol verdiyi hərəkətlə yayınmış, səlahiyyətli nümayəndəsi vasitəsilə ödənişləri ödəməkdən ötrü verilən xx.xx.2021-ci il tarixli bildirişi alsa da, yenidən gömrük ödənişlərini ödəməkdən hərəkətsizliklə yayınmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi var və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 50 5ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ödənilməli olan 2463,46 (iki min dörd yüz altmış üç manat qırx altı qəpik) manat gömrük ödənişlərinin yetmiş faizi məbləğində, yəni 1724,42 (min yeddi yüz iyirmi dörd manat qırx iki qəpik) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar