Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-708/2021 08.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 07 noyabr 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 07 noyabr 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 16 oktyabr 2020-ci il tarixdə “Hyundai Verakruz” markalı **-CO-*** dövlət nömrə nişanlı atomaşını idarə edərkən Bakı şəhəri, İstiqlaliyət küçəsində Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin Müşayət-eskort bölüyünün inspektoru polis baş serjantı X4 tərəfindən saxlanılaraq, sənədləri istənilmişdir. Sənədlərini təqdim etdikdən sonra onlara polis mayoru da yaxınlaşıb onun spirtli içki içdiyini olduğunu ona irad tutdu. O, bildirdi ki, sərxoş deyil. Lakin ona əlində olan aparata üfürməyi tələb etmişdir. O, bildirmiş ki, bu aparıtın yararlı olması barədə sertifikatı təqdim etdikdən sonra üfləyəcək. Lakin onlar sertifikat təqdim etmədən və üfləməyini tələb etdilər. O, aparatı üfləyən kimi ona içikili olduğunu bildirib avtomaşını ondan aldılar və o, onlardan ayrılıb müayinədən keçmək üçün narkoloji mərkəzə getmişdir. Orada onu müayinə edib sərxoş olmaması barədə arayış vermişlər. O, həmin arayışı polisə təqdim etsə də, sonradan onlar, onun avtomobili sərxoş olaraq idarə etdiyi üçün 400 manat cərimə olunması barədə qərar qəbul etmişlər. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Göstərdiklərini nəzərə alaraq barəsində qəbul edilmiş 07 noyabr 2020-ci il tarixli, TP ******* qərarının ləv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında çıxarılmış şəxs X7 şikayətini müdafiə edərək göstərmişdir ki, o, polis əməkdaşı tərəfindən saxlanılarkən sərxoş olmamışdır. Necə ola bilər ki, onun avtomobili cərimə meydançasına aparıldıqdan dərhal sonra o, həkimə müraciət edərək sərxoş olmaması barədə arayış alır, ancaq polis əməkdaşında olan alkotester aparatı onun sərxoş olduğunu göstərir. Polis əməkdaşı tərəfindən o alkotester müayinəsindən keçməmişdir, çünki o inspektora alkotesterin müşdüyünü dəyişməyi tapşırmışdır, lakin inspektor dəyişməmişdir və alkotesterin işlək vəziyyətdə olduğunu söyləmişdir. Halbuki, həmin alkotesterin sonuncu dəfə nə vaxt dövlət yoxlamasından keçməsi bilinmir. Hesab edir ki, barəsində qərəzli olaraq qanunsuz və əsassız qərar qəbul edilmişdir. Həmçinin o, izahatında İXMnin 329.1-ci maddəsi ilə bağlı hissədə etiraf edərək, polis əməkdaşı onu saxladarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirmişdir. Göstərdiklərini nəzərə alaraq Bakı şəhəri X12 İdarəsinin 07 noyabr 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi X2 şikayətə etiraz edərək göstərmişdir ki, X3 şikayətində göstərdiyi dəlillər onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsas ola bilməz. Hesab edir ki, alkotesterin göstəricisi qanuni və əsaslıdır. Odur ki, göstərdiklərini nəzərə alaraq şikayətin rədd edilməsini, Bakı şəhəri X12 İdarəsinin 07 noyabr 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni hesab edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə bilavasitə tabe olan YPX alayının Müşayiət eskort bölüyü yol patrul xidməti inspektoru X5 ifadəsində göstərmişdir ki, 16 oktybar 2020-ci il tarixdə Bakı şəhəri İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində xidmətdə olarkən onun tərəfindən “Hundai Verakruz” markalı **-CO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X7 təhlükəsiz kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Saxlanıldıqdan sonra sənədlərinə baxış keçirərkən müəyyən edilmişdir ki, o, həm təhlükəsizlik kəmərindən istifadə etməmiş, həm də avtomobili sərxoş halda idarə edir. Belə ki, xüsusi texniki vasitə ilə onun içkili olub-olmaması yoxlanılmış və müəyyən edilmişdir onda 0,418% miqdarında alkoqol əlamətləri var. Bundan sonra sürücü avtomobili idarə etməkdən uzaqlaşdırılmışdır. Bununla bağlı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və 07 noyabr 2020-ci il tarixdə onun Mürvət Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1ci maddələri tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Protokol tərtib edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 07 noyabr 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qərar qismən ləğv edilməli, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ş materiallarında olan 16 oktyabr 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, X7 16 oktyabr 2020-ci il tarixdə, saat 19:08 radələrində idarə etdiyi “Hundai Verakruz” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşını həm təhlükəsizlik kəmərindən istifadə etməmiş, həm də sərxoş vəziyyətdə idarə etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 07 noyabr 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 16 oktyabr 2020-ci il tarixdə, saat 19:08 radələrində idarə etdiyi “Hundai Verakruz” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşını həm təhlükəsizlik kəmərindən istifadə etməmiş, həm də sərxoş vəziyyətdə idarə etdiyindən Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına olan sərxoşluq vəziyyətinin müayinəsinə dair alkotesterin çıxarışından görünür ki, 16 oktyabr 2020-ci il tarixdə X7 sərxoş olmuşdur, 0,418% promilli. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müəyinəyə dair 16 oktyabr 2020-ci il tarixli, 2/9883 saylı protokoldan görünür ki, 16.10.2020-ci il tarixdə, saat 20:00-da müayinə aparılmış və nəticəyə əsasən X7 içkili olmamışdır. (0,00%). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 16 oktybar 2020-ci il tarixdə Bakı şəhəri İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində “Hundai Verakruz” markalı **- CO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X7 təhlükəsiz kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, saxlanıldıqdan sonra sənədlərinə baxış keçirərkən müəyyən edilmişdir ki, o, həm təhlükəsizlik kəmərindən istifadə etməmiş, həm də avtomobili içkili halda idarə edir. Onun içkili olubolmaması yoxlanılmış və müəyyən edilmişdir onda 0,418% miqdarında alkoqol əlamətləri var. Ona görə də sürücü avtomobili idarə etməkdən uzaqlaşdırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, X7 həmin tarixdə saat 20:00-da sərxoş olub-olmaması ilə bağlı həkimə müraciət etmiş və o, müayinə edilərkən sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi həmin maddə ilə yalnız o halda inzibati məsuliyyət yaranır ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş olsun. Hazırki işdən isə görünür ki, 16 oktybr 2020-ci il tarixdə X3 avtomobili sərxoş halda idarə etdiyinə şübhələr yarandığından, onun alkoqol qəul edib-etməməsi yoxlanılmış və müəyyən edilmişdir onda 0,418% miqdarında alkoqol əlamətləri var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Lakin hazırki işdən görünür ki, X3 sərxoş olub-olmaması yoxlanılarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, X7, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən təxminən 50 dəqiqə sonra özü könüllü olaraq həkimə müraciət etmiş və həkim rəyinə əsasən onun sərxoş olmaması müəyyən edilmişdir. Göründüyü kimi iş məhkəmə tərəfindən araşdırılarkən alkotesterlə həkim rəyi arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər yaranmışdır. Həmin ziddiyyətlər isə X3 16 oktyabr 2020-ci il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etməsinə şübhələr yaradır. Halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmçinin, xüsusi ilə qeyd edilməlidir ki, işdə olan sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 00161 protokoldan görünür ki, X6 hüquq və vəzifələri izah edilmiş, lakin o, qeyd edilən protokolu imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Göründüyü kimi X7 saxlanıldığı zaman sərxoş olmadığını, eləcə də barəsində tərtib edilmiş sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolu imzalamaqdan imtina etməsinə baxmayaraq, tibbi müayinəyə aparılmamışdır. Halbu ki, o, şikayətində də, göstərmişdir ki, ona alkotesterin yararlı olması barədə sertifikat təqdim edilməmişdir. Başqa sözlə o, həmin alkotesterin nəticələrinə şübhə ilə yanaşmışdır. Beləliklə, X7 barəsində 16 oktyabr 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda göstərilən müddəaları kobud şəkildə pozulduğundan, məhkəmə hesab edir ki, hazırki iş üzrə X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzbati xəta tərkibi aşkar edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən isə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsiinzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X3 şikayəti qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 07 noyabr 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qismən ləğv edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməli və X7 barəsində tərtib edilmiş 07 noyabr 2020-ci il tarixli, TP ******* saylı qərar İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 07 noyabr 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qismən ləğv olunsun. X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X7 barəsində tərtib edilmiş 07 noyabr 2020-ci il tarixli, TP ******* saylı qərar İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-708/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-708/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver