Məhkəmə qərarları › İş №3(009)-710/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-710/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-710/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, İnzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi X1 iştirakı ilə, “X5 və Təmir Tikinti” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X5 və Təmir Tikinti” MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 17 mart 2021-ci il tarixli 00100-0128/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edib inzibati xətaya dair iş haqqında materiallar toplanarkən, inzibati araşdıma aparılan zaman mövcud qanunvericiliyin tələblərinə riayət edildiyini, inzibati xətanın törədilməsi və barəsində protokol tərtib edilmiş şəxsin təqsiri işdə olan və məhkəmədə tədqiq edilən sübutlar ilə tam və kifayət qədər sübuta yetirildiyinə görə “X5 və Təmir Tikinti” MMC barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etdi. Səlahiyyətli orqanın nümayəndəsi X.A.Süleymanlı həmçinin bildirmişdir ki, idxal olunan mallar gömrük orqanında idxalatçı Cəmiyyət tərəfindən sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edilmişdir. Bu mallar təşviq sənədi əsasında gömrük orqanında rəsmiləşdiriləcəyi təqdirdə, gömrük qanunvericiliyinə əsasən "son istifadə" xüsusi gömrük prosedurunda yerləşdiriləcəkdir, bununla belə bəyannaməyə düzəliş edilməsi üçün əsaslar Gömrük Məcəlləsində təsbit edilmişdir. Bu halda, bəyannaməyə düzəliş edilməsinə dair gömrük orqanının qərarı olmamışdır və belə qərar qanunazidd olduğuna görə düzəliş edilmə haqqında qərar qəbul edilə bilməzdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X5 və Təmir Tikinti” MMC-nin səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında göstərmişdir ki, İqtisadiyyat Nazirliyi tərəfindən verilən təşviq sənədi əsasında gömrük ödənişlərindən azad şəkildə bu malları idxal etmək hüququnun olduğunu, buna müvafiq olaraq malların sinifləşdirildiyi kodlar əsasında müvafiq sənədlər alınmaqla gömrük rəsmiləşdirməsində bu hüquqdan istifadə edə biləcəyini bunun üçün gömrük bəyannaməsinə düzəliş edilməli olduğunu və nəticə etibarilə təqsirli olmadıqlarını göstərmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X5 və Təmir Tikinti” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsini ngömrük prosedurları və ödənişləri şöbəsinin tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "X5 və Təmir Tikinti" MMC-nin ünvanına Bİ1110S nömrəli avtomaşınla, BS207552, BS25689, BS20101901 saylı, 14.10.2020-ci il tarixli invoys sənədləri ilə daxil olmuş yüklər **********1885 sorğu nömrəli 03.12.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB üzrə “0”% və “5”% gömrük rüsumuna cəlb olunmuş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X4 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/003-25/006817 saylı, 29.12.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna asən BS207552, BS25689, BS20101901 saylı, 14.10.2020- ci il tarixli invoys sənədləri üzrə qisim malların XİF MN-ə görə təsnifat kodu dəyişilərək ”0”% gömrük rüsumundan “5”% və “15”% gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********1885 sorğu nömrəli 03.12.2020-ci il tarixli gömrük bəyannaməsinin müvafiq mal mövqeləri ilə bəyan olunan mallar MGEİ-nin rəyinə uyğun XİFMN kodları üzrə sinifləşdirildiyi təqdirdə " X5 və Təmir Tikinti" MMC tərəfindən əlavə ödəniləcək gömrük ənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 6258.61 azn, ƏDV üzrə 1126.53 azn, elektron xidmət haqqı üzrə 180.00 azn, elektron xidmət haqqının ƏDVsi üzrə 32.40 azn, cəmi 7597.54 azn təşkil edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, "X5 və Təmir Tikinti" MMC-nin ünvanına Bİ1110S nömrəli avtomaşınla, BS207552, BS25689, BS20101901 saylı, 14.10.2020-ci il tarixli invoys sənədləri ilə daxil olmuş yüklər **********1885 sorğu nömrəli 03.12.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB üzrə “0”% və “5”% gömrük rüsumuna cəlb olunmuş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X4 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/003-25/006817 saylı, 29.12.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna asən BS207552, BS25689, BS20101901 saylı, 14.10.2020- ci il tarixli invoys sənədləri üzrə qisim malların XİF MN-ə görə təsnifat kodu dəyişilərək ”0”% gömrük rüsumundan “5”% və “15”% gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. İş materiallarında olan X7 İdarəsinin 2200-017/003-25/000948 nömrəli 03.02.21-ci il tarixli əlavə gömrük ekspertizası rəyinə əsasən müəyyən edilmiş hallar nəzərə alınmaqla əlavə gömrük ödənişlərinin məbləği ümumilikdə 11673.80 manat təşkil etdiyi müəəyn edilmişdir. Məhkəmə barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin göstərdiklərinə münasibət bildirirərək qeyd etməyi zəruri hesab edir ki, Gömrük Məcəlləsinin 153.2-ci maddəsinə əsasən aşağıdakı hallarda təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir: 153.2.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra; 153.2.2. gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra; 153.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra. Məhkəmə bir daha diqqətə çatdırır ki, mallar gömrük orqanında sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirmək üçün bəyan edilmişdir. Bu prosedur qanunvericiliyə görə prosedur sahibinin gömrük ödənişlərini ödəmək öhdəliyi ilə müşayiət edilir və idxalatçının bəyannaməni təsdiq etdiyi andan gömrük ödənişlərini ödəmək öhdəliyini yaradır. Gələcəkdə bu və bu qəbildən malın gömrük ödənişlərindən azad şəkildə gətirilməsinə görə stimullaşdırıcı hüquq normalarının tətbiqinə gətirib çıxaran hallar olduqda, bu mövcud halların yarandığı vaxtdan sonrakı ictimai münasibətlərə tətbiq edilir. (əgər aktın özündə bunun əvvəlki münasibətlərə tətbiqini nəzərdə tutan norma yoxdursa) Qanunun şəxsin xeyrinə geriyə qüvvəsinə dair konstitusion müddəanın şərhi qismində məhkəmə qeyd edir ki, gömrük ödənişləri ilə əlaqədar bilavasitə normativ qaydada tənzimlənmə nəzərdə tutulmadıqda yeni qanunun və yaxud yeni halın şəxsi gömrük ödənişlərindən azad etməsi qanuna ziddir. Çünki gömrük ödənişləri ilə bağlı münasibətlər dövlətin büdcə münasibətləri kimi şəxslə dövlət arasında mövcud olur və bu qarşılıqlı münasibətin mahiyyəti etibarilə şəxsin ödənişlərdən azad edilməsi vəziyyət başqa cür yaxşılaşdırma kimi qiymətləndirilə bilməz. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X5 və Təmir Tikinti” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, “X5 və Təmir Tikinti”MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X5 və Təmir Tikinti” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X5 və Təmir Tikinti” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 11673,8 (on bir min altı yüz yetmiş üç manat səksən qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş ) faizi məbləğdə, yəni 8171,66 (səkkiz min yüz yetmiş bir manat, altmış altı qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar