Məhkəmə qərarları › İş №3(009)-711/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-711/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-711/2022 22.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X2, Azərbaycan Respublikası X7 nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası X7 17 mart 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası X12 tərəfindən tərtib edilmiş 17 mart 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X12 tərəfindən tərtib edilmiş 17 mart 2022-ci il tarixli MN N ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən “Golden Coast” otelinin sahibkarı X10 barəsində AR İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən 02 mart 2022-ci il tarixində tərtib edilmiş ******* №-li inizbati xəta haqqında protokol üzrə təqsirli bilinməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən qeyd edilmişdir ki, 02 mart 2022-ci il tarixində “Golden Coast” mehmanxasında aparılan yoxlamalar zamanı qonaqlar tərəfindən qapalı məkanda qoruyucu vasitələrdən istifadə edilməməsi səbəbindən X10 AR İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin protokolun Turizim siyasəti və strategiyası şöbəsinin müdiri tərəfindən də tərtib edilməsi qeyri-müəyyənlik yaratmaqdadır. Buna uyğun olaraq agentliyin şöbə müdiri tərəfindən protokolun tərtib edilməsi və buna uyğun olaraq inzibati tənbeh vermək haqqında qərar qəbul edib- etməməsi halı müəyyənləşdirmək zərurəti yaranır ki, bununla bağlı aidiyyəti üzrə həmin agentliyin hansı normativ akta və ya digər qanunvericilik normasına istinad etdiyi bəlli deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanının 4.3-cü maddəsinə əsasən həmin Məcəllənin 37.6, 56.1, 56.3, 94.9, 94.10, 94.11, 100.5, 114.4-cü maddələrində, 154.1-ci maddəsinin ikinci cümləsində, 156-1.2,211.2,212.2, 248.1.3, 269.0.6, 290.1.3, 290.1.9-cu, 307.4-cii maddələrində, 333-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində, 340.1-ci və 393-1.3-cıi maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Yenə həmin Fərmanın 5.6-2-ci maddəsinə əsasən həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, sahibkarlıq fəaliyyəti (ictimai iaşə, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti istisna olmaqla) subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının X12 baxır. Turizm sahəsində yoxlamalar həyata keçirilməsi və buna uyğun qərarların qəbul edilməsi səlahiyyəti X8 verilsə də, agentliyin adından hansısa şöbənin müdiri tərəfindən protokol tərtib edilməsi qeyri-miiəyyən hal olmaqla bərabər faktiki olaraq uyğunsuzluğa səbəb olur. Digər tərəfdən X7 əməkdaşları tərəfindən 02 mart 2022-ci il tarixində “Golden Coast” otelində yoxlamalar aparılan zaman həmin otelin texniki şöbə müdiri vəzifəsində çalışan X1 izahatı alınmışdır ki, həmin izahatında da qeyd edilmişdir ki, mövcud çatışmazlıqlar təmassız termometrdən istifadə olunmaması və təmizlik və dezinfeksiya cədvəllərinin olmamasıdır. Lakin sonradan tərtib edilmiş protokolda və buna uyğun olaraq qəbul edilmiş qərarda göstərilmişdir ki, qonaqlar tərəfindən qapalı məkanda qoruyucu vasitələrdən istifadə edilməmişdir. Nəticədə iki fərqli hal ortaya çıxmışdır ki, aşkar edilən inzibati xəta ilə tərtib edilmiş inizbati xəta haqqında protokol, habelə buna uyğun olaraq qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar uyğunsuzluq təşkil edir. Nəzərə alınması zəruridir ki, inzibati xəta haqqında protokol mövcud olan inzibati xətaya uyğun tərtib edilməli və buna uyğun olaraq fiziki və ya hüquqi şəxs barəsində müvafiq inzibati tənbeh növləri seçilməlidir. Ümumiyyətlə nəzərə alınması zəruridir ki, mövcud vəziyyətdə X7 əməkdaşları tərəfindən “Golden Coast” otelinə daxil olunan zaman və bundan sonraki anda aşkar edilən çatışmazlıqlar (təmassız termometrdən istifadə olunmaması və təmizlik və dezinfeksiya cədvəllərinin olmaması) barəsində məlumat verilərkən inzibati xəta haqqında protokol tərtib edilməmiş, həmin protokolun bir nüsxəsi X6 təqdim edilməmişdir. İnzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb olmuş 02 mart 2022-ci il tarixli ******* №-li protokol məhz X12 tərəfindən “Golden Coast” otelinin yerləşdiyi inzibati binadan kənarda, X5 iştirakı olmadan və bununla bağlı izahatlar alınmadan həyata keçirilməklə bərabər mövcud olan çatışmazlİqlara münasibətdə deyil, mövcud olmayan çatışmazlıqlar barəsində tətbiq edilmişdir. Hazırki mərhələdə X7 turizim strategiyası və siyasəti şöbəsinin müdiri tərəfindən tərtib edilmiş inizbati xəta haqqında protokol və buna uyğun olaraq qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar inzibati xəta üzrə X5 inizibati xəta üzrə təqsirliliyini təsdiq etmədiyindən, habelə tətbiq edilmiş inzibati xəta inzibati xəta haqqında qanunvericiliyin təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətanın qarşısının alınması prinsipi ilə uyğunsuzluq təşkil etidiyindən ləğv edilməlidir. Belə ki, hazırki tənbeh vermə haqqında qərar üzrə X5 inzibati xətanın törədilməsi üzrə təqsirliliyi bilinməməklə bərabər, onun barəsində qəbul edilmiş qərar xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğunsuzluq təşkil edir. Qeyd edilənləri nəzərə alaraq X14 barəsində X12 tərəfindən tərtib edilmiş 17 mart 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X10 şikayəti müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verdi, protokol tərtib edilərkən onlaarın iştirakının təmin edilməməsini bildirdi və X12 tərəfindən tərtib edilmiş 17 mart 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X7 nümayəndəsi Nümayəndə, monitorinq keçirilərkən işçi tərəfindən iş prosesində xidmət sahəsinə uyğun olaraq və qonaqlar tərəfindən ümumi işlək ərazilərdə qoruyucu vasitələrdən (müvafiq olaraq maska, üz sipəri, əlcək və maskadan) istifadənin təmin edilməməsi müəyyən edilmiş, bununla bağlı akt tərtib edilmişdir. Həmin akt mehmanxanın operativ nəzarət üzrə məsul şəxsi tərəfindən imzalanmışdır. Ona görə də şikayətin təmin edilməməsini, qərarın qüvvədə saxlanmasını xahiş etdi. Məhkəmə proses iştiarkçilarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası X7 17 mart 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından görünür ki, 02 mart 2022-ci il tarixində “Golden Coast” mehmanxanasında aparılan yoxlama zamanı qonaqların qapalı məkanda qoruyucu vasitədən istifadə edilməməsi müəyyən edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan monitorinq aktından görünür ki, 02 mart 2022-ci il tarixində“Golden Coast” mehmanxanasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 avqust tarixi 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin tşkili” Qaydaları üzrə yoxlama aparılmı, yoxlama zamanı işçilər tərəfindən iş prosesində xidmət sahəsinə uyğun olaraq və qonaqlar tərəfindən ümumi işlək ərazilərdə qoruyucu vasitələrdən (müvafiq olaraq maska, üz sipəri, əlcək və maskadan) istifadə edilməsi təmin edilməmişdir. Montorinq aktı X9 təmsil vedən monitorinqçi, Səhiyyə Nazirliyini təmsil edən monitorinqçi və mehmanxanda operativ nəzarət üzrə məsul şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 saylı Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1.şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, tak si, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə- fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Bununla bağlı məhkəmə hesab edir ki, qeyd edilən normativ hüquqi aktlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi nəzərdə tutulmuş, bununla bağlı hər hansı istisna hal müəyyən edilməmiş, eyni zamanda monitorinq zamanı qoruyucu vasitələrdən istifadə edilməsinin təmin edilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X12 tərəfindən tərtib edilmiş 17 mart 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası X12 tərəfindən qəbul edilmiş 17 mart 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar