Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-714/2022 07.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail Rayonu, 41-ci PB-nin sahə inspektoru polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 aprel 2022-ci il tarixli MN ******* nömrəli saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Qədimov X5 qəsəbəsi, Məktəbli küçəsində narkotik vasitələrdən istifadə etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru polis leytenantı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, narkotik vasitə olan marixuananı ilk dəfə qəbul edir. O, 06.04.2022-ci il tarixdə axşam saatlarında dostları ilə birlikdə görüşüb söhbət edərkən özü ilə gətirdiyi içərisində ota bənzər kütlənin olduğu sellofan torbanı cibində saxlayarkən polis əməkdaşları onlara yaxınlaşanda özünü itirib şübhəli aparmış həmin vaxtı polis əməkdaşlarının verdiyi suallara əsasən könüllü olaraq ota bəzər narkotik vasitəni özü qəbul etmək istədiyini və üzərində saxladığını qeyd edərək polis əməkdaşlarına təqdim etmişdir.O,həmin narkotik vasitəni ilk dəfə Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən götürmüşdür. Onları polis bölməsinə gətirən zaman sorğu zamanı o, hər şeyi etiraf etmiş, belə ki, slellofanda olan kütlənin narkotik vasitə olan marixuana olduğunu demiş ilk dəfə qəbul etmək istədiyini etiraf etmişdir. Həmin vaxt yaa olan Şükür Əliyarov və Əli Abbasov adlı şəxslər onda narkotik vasitə olduğunu və qəbul etdiyini bilməmişlər. O, bildirmişdir ki, polis əməkdaşları tərəfindən heç bir təziyqə məruz qalmamış və üzərində olan narkotik vasitə ona məxsusdur. Heç kimə narkotik vasitə satmadığını, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha analoji hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 06 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs 06 aprel 2022-ci il tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Səbail RPİ-nin 41-ci PB-yə ezam olunmuş baş təhqiqatçısı, polis mayoru Mehman Dolxanovun 01 fevral 2022-ci il tarixli raportundan görünür ki, 06.04.2022-ci il tarixdə saat 22:00 radələrində Əlahiddə ÇPA 4-cü patrul bölüyünün əməkdaşlarının, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,A.Nəzərov küçəsində dayanan “Hunday” markalı **-CN-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşan zaman avtomobildə olan vətəndaşlar X2, X4 və avtomobilin sürücüsü Şəxs yaxınlaşan zaman, həmin şəxslər avtomobildən düşərkən xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi İqor Ağayev küç.ev 3 mənzil 139-da qeydiyyatda olan və yaşayan, əvvəllər Azərbaycan Respublikası CM-nin 128-ci madəsi ilə məhkum olunmuş Şəxs könüllü təqdim etdiyi selofan torbanın içərisində ota bənzər 0,858 qram olan marixuananı könüllü təqdim edərək çəkmək üçün üstündə saxladığnı bildirmişdir. Polis əməkdaşları həmin selofan torbaya baxan zaman onun içərisində narkotik vasitəyə bənzər bitki mənşəli kütlə olduğunu görərək həmin şəxsləri Səbail RPl-nin 41-ci PB-nə gətirərək bu barədə raportla məruzə etmişlər. Həmin material üzrə araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 02 fevral 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin aidiyyəti əməkdaşına verilmişdir. Vətəndaş Şəxs təqdim etdiyi 0,858 qram çəkidə narkotik vasitə 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Səbail RPİ-yə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında Qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksoertizası Mərkəzinin 07 aprel 2022-ci il tarixli 7/333 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün Nə 239” dairəvi möhür əksi, “Vətəndaş Şəxs..maddi sübut..” yazı və imzalar olan zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 0,858 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Həmin Qərardan görünür ki, Şəxs narkotik vasitələrin və psixitrop maddələrin qəbul edib-etməməsini müəyyən etmək üçün Respublika Narkoloji Dispanserinə həkim müayinəsinə göndərilmişdir. 06.04.2022-ci il tarixdə Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə nəticəsində tərtib edilmiş 1399 salı Protokolda qeyd edilmişdir ki, Şəxs sidiyində OPİ aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 08 may 2021-ci il tarixdə saat 00:20-də inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunacaq inzibati cərimənin məbləğindən ¼ hissəsi çıxılmalı və o cərimənin ¼ hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 400 (dörd yüz) manat inzibati cərimənin 100 (yüz) manatından azad edilməli və üzərində 300 (üç yüz) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alınaraq barəsində tətbiq edilmiş 400 (dörd yüz) manat inzibati cərimənin 100 (yüz) manatından azad edilsin və üzərində 300 (üç yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-714/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-714/2022
07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver