Məhkəmə qərarları › İş №3(009)-719/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-719/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-719/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-01044/23 saylı 19 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Gömrük Prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/009733 nömrəli xx.xx.2023-cü il tarixli raportda ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına 60AA511/60AA512 nömrəli nəqliyyat vasitəsi ilə 1401- 20890 saylı xx.xx.2022-ci il tarixli invovsla daxil olmuş yüklər **********9551 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş hallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı sənədlərdə, mənşə sertifikatında uyğunsuzluq olduğundan malın mənşə ölkəsini müəyyən atmək mümkün olmamışdır. Malın mənşə ölkəsini müəyyən etmək məqsədilə mala baxış keçirilməsi üçün gömrük bəyannaməsi yük yoxlama qrupuna göndərilmişdir. Yükə baxış zamanı malın mənşə ölkəsini müəvvən etmək mümkün olmadığından, Bakı Baş Gömrük İdarəsi tərəfindən X2 İdarəsinə 1400-012/0xx-xx/002725 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuşdur. X2 İdarəsinin 2200-016/0xxxx/001930 saylı xx.xx.2023-cü il tarixli cavab rəyində sənədlər arasında uyğunsuzluqlar, çatışmamazlıqlar və məlumatlar arasında ziddiyyətlər aşkar edildiyindən malın mənşə ölkəsinin təyin edilməsi üçün MGEİ-nin səlahiyyətlərindən xaric əlavə araşdırmaların aparılması məqsədəmüvafiq hesab olunduqu qeyd olunmuşdur. Faktla bağlı aparılan araşdırma çərçivəsində Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilən çəkisi 21315 (iki min üc yüz on bes) kq olan “Eni 600MM-dən az olan sinklınmis yastı prokatlar” yükünün mənşə ölkəsinin və dəyərinin müəvvən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan məhkəmə ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Beləliklə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 15 mart 2023-cü il tarixli, **********9551 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların mənşə ölkəsində və dəyərində hər hansı uyğunsuzluq aşkar olunmamış, ancaq mənşə sertifikatında alıcının adı fərqli göstərildiyi üçün gömrük orqanına təhrif olunmuş məlumat verildiyindən, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkibi var və onun 250 (iki yüz əlli) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar