Məhkəmə qərarları › İş №3(009)-72/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-72/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-72/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X2 nümayəndəsi Nümayəndə, Qərarından şikayət olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin 11 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin 11 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi müavini X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla barəmdə mənim iştirakım və məlumatım olmadan xx.xx.2024-cü il tarixində MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X3 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən nəzərətçi vəzifəsi üzrə işlərin yerin yetirilməsinə cəlb edilmişdir. Eyni zamanda X1 haqq hesabı Əmək Məcəlləsinin 83.4-cü maddəsinin tələbi pozularaq ödənilməmişdir. Nəticədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, barəmdə 4000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İştirakı və eləcə də məlumatı olmadan barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi müavini X9 tərəfindən qəbul edilmiş yuxarıda qeyd olunun xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti onun qeydiyyat ünvanı olan Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ev 222, mənzil 26 ünvanıma xx.xx.2024-cü il tarixində daxil olmuşdur. Barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi müavini X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı aşağıdakı əsaslara görə qanunsuz və əsassız hesab edirəm. İlk öncə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi müavini X9 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı İXM-nin tələblərini kobud /ozmaqla mənim bu barədə məlumatım olmadan, eyni zamanda iştirakımı təmin etmədən qəbul etmişdir. Əvvəla qeyd etmək istəyirəm ki, iş materiallarından görünür ki, X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, əvvəlcə həmin protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixinə, saat 12:00-a təyin edilsə də, sonradan Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/1-C- 51965/2024 nömrəli qərardadı ilə həmin inzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixinədək uzadılmışdır. Bundan başqa, X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, əvvəlcə həmin protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixinə, saat 12:00-a təyin edilsə də, sonradan Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/1-X-50848/2024 nömrəli qərardadı ilə həmin inzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixinədək uzadılmışdır. Lakin iş materiallarından da göründüyü kimi, X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, barəsində, X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan həmin qərar onun ünvanına daxil olduqdan sonra xəbərdar olmuş. Beləliklə, X8 Xidmətinin Bakı şəhər İdarəsi barəmdə MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2024-cü il tarixində bu barədə məlumatı olmadan və iştirakım təmin edilmədən qəbul etməklə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində göstərilən hüquqlarını (inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək və digər hüquqlar) kobud şəkildə pozmuşdur. Əlavə olaraq bildirmək istəyir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi, barəmdə 11 dekabr 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X8 Xidmətinin Bakı şəhər İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadaladığı maddələrinin tələblərini pozmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunun maddələrinin tələbləri pozulmaqla barəsində qəbul edilmiş 11 dekabr 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı sayıla bilməz. Belə olan təqdirdə həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş crə başlanmış icraata xitam verilməlidir. Digər bir tərəfdən, məhkəminn nəzərinə onu da çatdırmaq istəyirəm ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri əsaslı şəkildə pozulmaqla qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN № ******* mrəli inzibati tənbeh vermə haqqında qərara nəzər saldıqda açıq bir şəkildə aydın olur ki, X8 Xidmətinin Bakı şəhər İdarəsi sözügedən qərarı qəbul edərkən digər əsaslı qanun pozuntularına da yol verilmişdir. Belə ki, X8 Xidmətinin Bakı şəhər İdarəsi xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh ermə haqqında qərarla onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilib, 4000 (dörd min) manat məbləğində cərimə edərkən həmin qərarda xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsaslanmışdır. Halbuki, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəmdə tərtib edilmiş belə bir inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli. MN № ******* nömrəli) olmayıb və ya yoxdur. Əlavə olaraq, onu da bildirmək istəyir ki, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qanunsuz qərarda tərəfindən həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, həm də 192.4-cü maddələrinin pozuntusuna yol verildiyi qənaətinə gəlməklə barəmdə nəticədə əsaslı pozuntulara yol verilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Bildirmək istəyir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla onun iştirakı və məlumatı olmadan barəsində birtərəfli qaydada aparılan inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olmamış, belə ki, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında barəmdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, xx.xx.2024-cü il tarixli qərarda adları keçən vətəndaşlar X3 və X11 inzibati orqana dəvət edilərək onların izahatı alınmaqla zəruri araşdırma aparılmamış, eyni zamanda həmin vətəndaşlarla "xxxx" MMC arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması, əmək haqqı, son haqq hesabın düzgün hesablanaraq ödənilib-ödənilməməsi və işin faktiki halları ilə bağlı digər faktlar araşdırılmamışdır. Bununla da hesab edir ki, qeyd olunan halda onun təqsirliliyini sübut edən kifayət qədər dəlil (sübut) toplanılmamış və X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, iş materiallarından da göründüyü kimi, X8 Xidmətinin Bakı şəhər İdarəsi barəmdə xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən qanunvericiliyin imperativ norma kimi müəyyən etdiyi bu tələblərini də açıq-aşkar şəkildə pozmuşdur. Göründüyü kimi, işin bu halları da qərarı qəbul etmiş inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək .ıfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırılmadan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri zulmaqla barəmdə qanunsuz və heç bir hüquqi əsası olmayan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, xx.xx.2024cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qeyd etdiyi əsaslara görə də qanuni və əsaslı olmadığından ləğv edilməklə, həmin inzibati xəta aqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Qeyd etmək istəyir ki, barəsində məlumatı və iştirakı olmadan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti mənə rəsmi qaydada xx.xx.2024-cü il tarixində verilmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi anında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 dekabr 2024-cü il tarixli, MN№ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, həmin inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olnumuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxsin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin 11 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X15 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam veriləməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan 11 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən nəzarətçi vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Eyni zamanda X1 haqq hesabı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 83.4-cü maddəsinin tələbi pozularaq ödənilməmişdir. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Repsublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndinə görə əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, X4 tərəfindən X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən nəzarətçi vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, yalnız formal mülahizələrə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında 11 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin 11 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin 11 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar