Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-723/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Barəsində inzibati iş üzrə icraat aparılan Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nümayəndəsi X1 iştirakları ilə, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan barəsində inzibati iş üzrə icraat aparılan Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Səbail RPİ-nin DYPŞ-dən Mərkəzə məxsus “Audi A6 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumatın verilməsinə dair mərkəzə sorğu göndərilmiş və həmin mərkəzin əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Sözügedən sorğuya xx.xx.2021-ci il tarixdə cavab verilmişdir. Həmin sorğuya cavab məktubunu, eləcə də məktubun göndərilməsinə dair qəbzi məhkəməyə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, işə əlavə edilmiş xx xxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da, Ərazi Tikinti- Planlaşdırma Mərkəzi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail RPİ-nin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə ünvanladığı sorğudan görünür ki, həmin idarə mülkiyyətində olan “Audi A6 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə saat 15:50-də idarə edən sürücü barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin sorğusu xx xxxxxx 2021-ci il tarixdə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin məsul şəxsi (Süleymanov) tərəfindən qəbul edilmişdir. İş materiallanda olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Səbail RPİ-yə ünvanlanmış xx xxxxxx 2021-ci il tarilxi məlumatın verilməsi haqqında məktubdan görünür ki, xx xxxxxx 2021-ci il tarixində “Audi A6 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 (sürücülük vəsiqəsi AD 107958) tərəfindən idarə edilmişdir. İş materiallarına əlavə edilmiş surətli poçt daşınmasına dair qəbzdən görünür ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Səbail rayon RPİ-nin DYPŞ-nə məktub göndərilmişdir. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən isə müəyyən edilir ki, Səbail RPİ-nin “Audi A6 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə saat 15:50-də idarə edən sürücü barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə məlumat verilməsi üçün Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə sorğu göndərilmiş, qeyd edilən sorğu isə xx xxxxxx 2021-ci il tarixdə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin məsul şəxsi tərəfindən qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Səbail RPİ-yə xx xxxxxx 2021-ci il tarixdə məlumatın verilməsi haqqında məktub göndərilərək, xx.xx.2021-ci il tarixində “Audi A6 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 (sürücülük vəsiqəsi AD 107958) tərəfindən idarə edildiyi göstərilmişdir. Təsvir olunanlardan görünür ki, Ərazi Tikinti-X3 RPİ-dən sorğunu aldı gündən 5 gün müddətində həmin sorğuya cavab verdiyindən, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. (xx xxxx 2021-ci il tarixli, İXP 3830211) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-723/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-723/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver