Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-723/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədirliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə rəisi Namik Cahangirovun və həmin PBnin sahə inspektoru Kamil Nəcəfovun, Zərərçəkmiş şəxslər X3 və Xudu-X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 2006-cı il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Səbail RPİ-nin 41-ci PB-si tərəfindən tərtib edilmiş 10 mart 2025-ci il tarixli, MN seriyalı ******* və 10 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli qərardadı ilə 3(009)-723/2025 və 3(009)-724/2025 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilmiş, həmin işlərə 3(009)-723/2025 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılması və iş başqa işə birləşdiyindən 3(009)-724/2025 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan 10 mart 2025-ci il tarixli, MN seriyalı ******* və 10 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə X2 ünvan 2 ünvanında yerləşən iki mərtəbəli yarımtikili yaşayış olmayan evin ikinci mərtəbəsindən dəyəri 8 manat olan 1 ədəd kəlbətin, dəyəri 10 manat olan elektrik kabelinin uzadıcı başlığı və metrəsinin qiyməti 2 manat olan 35 metr elektrik kabelini oğurlamışdır. xx.xx.2025-ci il tarixdə Xudu-X6 məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanında yerləşən həyətində köməkçi tikilidən 25 metr uzunluğunda elektrik uzadıcısını oğurlamışdır. Həmçinin Şəxs narkoloji dispanserdə müayinədən keçirilərkən verdiyi tədqiqat nümunəsində narkotik maddələr aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə rəisi Namik Cahangirov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 206-cı maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru Kamil Nəcəfov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər X3 və Xudu-X1 Hikmət Niyaz oğlunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, əməlindən səmimi peşman olduğunu, ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyinin Bakı şəhər Narkoloji Mərkəzinin 10 mart 2025-ci il tarixli, 2451 saylı aktından görünür ki, Şəxs narkoloji dispanserdə müayinədən keçirilərkən verdiyi tədqiqat nümunəsində AMP, COC, THC, BZO, BAR, MET, TML, PGB, MTD, MOP aşkar edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X2 ünvan 2 ünvanında yerləşən iki mərtəbəli yarımtikili yaşayış olmayan evin ikinci mərtəbəsindən dəyəri 8 manat olan 1 ədəd kəlbətin, dəyəri 10 manat olan elektrik kabelinin uzadıcı başlığı və metrəsinin qiyməti 2 manat olan 35 metr elektrik kabelini oğurlamışdır. xx.xx.2025-ci il tarixdə Xudu-X6 məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanında yerləşən həyətində köməkçi tikilidən 25 metr uzunluğunda elektrik uzadıcısını oğurlamışdır. Həmçinin Şəxs narkoloji dispanserdə müayinədən keçirilərkən verdiyi tədqiqat nümunəsində narkotik maddələr aşkar olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə aid hissəsində xitam verilməli, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 10 mart 2025-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma mərkəzində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-723/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-723/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver