Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-726/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Səbail rayon icra şöbəsi 01 mart 2024-cü il tarixli , MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Səbail rayon icra şöbəsi məhkəməyə 12 mart 2024-cü il tarixli 192013/23-16-15 saylı məktub təqdim edərək, “X1 Youth Academic and Professional Excellence” MMC tərəfindən cəriməni "xxxx" MMC xeyrinə tam ödədiyini və bu səbəbdən 12 mart 2024-cü il tarixl icra sənədi üzrə icraata xitam verildiriyini bildirmişdir. Məhkəmə protokolu, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edilir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərar qəbul edir. Məhkəmə müəyyən etmişdir ki, Səbail rayon icra şöbəsinin 01 mart 2024-cü il tarixli icra sənədi üzrə cərimə tam həcmdə ödənilmiş və tarixl icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “X1 Youth Academic and Professional Excellence” MMC Azərbaycan Respublikası Səbail rayon icra şöbəsinin 01 mart 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: “X1 Youth Academic and Professional Excellence” MMC Azərbaycan Respublikası Səbail rayon icra şöbəsinin 01 mart 2024-cü il tarixli , MN ******* saylı inzibati xəta haqqında protokolundan verdiyi icra sənədi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-726/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-726/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver