Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-729/2021 18.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Kənan Fuad oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs vəkili İsmayılov Ceyhun Zöhrab oğlu, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs DİN-in Səbail rayon Polis İdarəsi 41-ci Polis Bölməsinin sahə rəisi X5 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-in Səbail rayon Polis İdarəsi 41-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in Səbail rayon Polis İdarəsi 41-ci Polis Bölməsindən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxx 2021-ci il tarixdə Şəxs Salyan yolu 12 ünvanında yerləşən İpək yolu terminalında xırda xuliqanlıq etmiş və saxlanılan zaman polisin qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs DİNin Səbail rayon Polis İdarəsi 41-ci Polis Bölməsinin sahə rəisi X10 inzibati xəta haqqında protokolu müdafiə edərək, hər üç şəxsin Gömrük və Vergi əməkdaşları mübahisə etdiklərini, nalayiq sözlər işlətdiklərini görüdükdə yaxınlaşıb məsələni sivil qaydada həll olunmasını bildirdik. Lakin hər üç şəxs qanuni tələblərimizə əməl etməyərək müqavimət göstərdikdə Polis bölməsinə dəvət etdiklərini bildirmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci və 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Əliyev Anar və Əliyev Mehmanın dediklərini təsdiq etdiyini bildirərək barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs vəkili İsmayılov Ceyhun Zöhrab oğlu çıxış edərək bildirmişdir ki, tərtib olunan protokol tam qanunsuz və əsassızdır. Şəxs əməlində hər hansı inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Vergilər Nazirliyinin əməkdaşı X7 ifadə verərək bildirmişdir ki, anbarlara baxış keçirilməsi üçün qərar açıldığını və həmin vaxt baxış keçirdiklərində anbarda malı olmadığını bildirmişdir. Anbardan yük avtomobilinin buraxılması üçün etibarnamə tələb etdiklərini lakin etibarnamənin təqdim olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Vergilər Nazirliyinin əməkdaşı X1 ifadə verərək bildirmişdir ki, barəsində protokol tərtib edilmiş şəxslərin dəfələrlə işlərini görməyə maneə törətmişlər. Gömrük Xidməti ilə Vergilər Nazirliyi arasında saziş olduğunu, bu işlərə birgə nəzarət etdiklərini bildirmişdir. X1 İdxal zamanı malın 3-cü şəxslərə gedibgetməməsinə nəzarət etdiklərini və bu şəxslərin gətirdiyi malların 3-cü şəxsə aid olduğunu müəyyən etdiklərini bildirmişdir. Dəfələrlə onları təhqir etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Vergilər Nazirliyinin əməkdaşı X9 ifadə verərək bildirmişdir ki, digər iki şahidin verdiyi ifadələri təsdiqləyərək hər zaman işlərinə maneə yaratdıqlarını və heçbir sənəd təqdim etmədən mal çıxarmaq istədiklərini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hazırki işdən isə görünür ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həmin Məcəllənin 510-cu maddəsinə nisbətdə daha ağırdır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Hacıyev X8 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona cərimə növündə inzibati tənbeh təyin edilməlidir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-729/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-729/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver