Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-73/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi barədə X2 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinə uyğun izahat verərək, onun barəsində çıxarılmış 05 yanvar 2023-cü il tarixli MN ******* saylı qərardan şikayətçidir. Ona görə ki, Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ona ünvanladığı çağırış məktubu ona xx.xx.2023cü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə gəlmiş və iddia olunur ki, o, Badamdar şossesində ağac kəsməmişdir. O, yazılı müraciətində bildirmişdir ki, o, ağac kəsməmişdir. Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ona qeyri-iş günlərində məktub ünvanlayıb, həmin məktub xx.xx.2023-cü il tarixdə gəlib çatıb. Barəsində çıxarılmış qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 xx.xx.2022-ci ildə əraziyə baxış keçirildiyini, peykdən götürülmüş ərazinin görüntüsündən həmin ərazidə 3 ağac olduğunun, lakin hazırda ağaclardan birinin yerində olmadığının müəyyən edildiyini bildirərək, şikayət əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştiakçılarını dinləyib, iş materiallarınə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 05 yanvar 2023-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. İş materiallarında olan 23 dekabr 2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixində ona aid olduğunu iddia etdiyi, lakin heç bir sənədi olmayan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi işləri zamanı yaş köküstə ağacın qanunsuz olaraq götürən X3 tərəfindən məhv edilmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ünvan 1 ünvanında tikinti işləri ilə əlaqədar X3 tərəfindən 1 ədəd ağacın götürülərək məhv edildiyindən, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək 2200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 76696 saylı aktdan görünür ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyin “Qaynar xətt” məlumat xidmətinə daxil olan xx.xx.2022-ci il tarixdə Oqtay Daşdəmirov küçəsi, ev 85 ünvanında yaşayan Şahid adlı vətəndaş tərəfindən “fiziki şəxs ev tikmək məqsədi ilə ağacları kəsib” bağlı daxil olduğu, müraciəti idarənin xx.xx.2022-ci il tarixli BD serialı,186 nömrəli sərəncamına əsasən X2 iştirakı ilə yerində araşdırıldığı, araşdırma zamanı araşdırmada şikayətçi Şahid iştirakını təmin etmək üçün telefon əlaqəsi saxlanılaraq araşdırmada iştiraka dəvət edilsə də, Naxçıvan MR-da olduğunu, iştirak etməyəcəyini bildirmişdi. Fakla əlaqədar araşdırma aparılan zaman yerində baxılan peyk görüntülərindən tikinti aparılan sahə daxilində tikintidən əvvəl ətrafdakı cins və növdən olan bir ədəd sərv ağacı, yaş kökü üstə müşahidə edilsə də, hal-hazırda olmadığı və başqa ətraf ərazidə də olmadığı müəyyən edilmişdi. Faktla bağlı araşdırma zamanı X4 yazılı izahat verərərk özünə məxsus həyət evi tikdirdiyini bildirsə də, həmin torpaq sahəsinin mülkiyyətinə dair heç bir sənəd təqdim edə bilmədiyini, yaş kök üstə ağacı tikinti məqsədiylə götürülərək məhv etdiyindən barəsində akt və protokol tərtib edilmiş, X4 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan peyk görüntüsünün əks olunduğu fotoşəkilin surətindən görünür ki, tikinti aparılan sahə daxilində tikintidən əvvəl ətrafdakı cins və növdən olan bir ədəd ağac müşahidə edilsə də hazırda həmin ağacın yerində olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iş materialları və məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, peyk görüntüsündən hazırda tikinti aparılan yerdə əvvəllər 1 ədəd ağac olması görünsə də, həmin peyk görüntüsünün hansı tarixə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 yanvar 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 76, 84, 128, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-73/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-73/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver