Məhkəmə qərarları › İş №3(009)-731/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-731/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-731/2021 19.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 Bakı şəhəri DYPİ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 Bakı şəhəri DYPİ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixində saat 09:14də Bakı şəhər, Səbail rayonu, İstiqlaliyyət küçəsi ərazisində AR İXM-nin 211.1-ci maddəsinə əsasən eyni tarixli, İXP3428517 nömrəli protokol əsasında cərimə olunmuşdur. Bildirmişdir ki, istifadəsində olan “Renault 19” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında istifadə edir. Onun barəsində tərtib olunmuş protokola xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Onun barəsində tərtib olunmuş protokol və qərar barədə məlumatı olmamışdır. Belə ki, sonuncu dəfə cərimə ödəmək üçün sistemə daxil olduqda həmin vaxt adında sözügedən cərimənin olduğunu görmüşdür. Bundan sonra isə, yaşadığı yer üzrə Nərimanov RPİ-nə müraciət etmiş onlar isə onu Bakı şəhər BDYPİ-nə yönləndirmişlər. Ancaq bundan sonra onun barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərarı təqdim etdilər. Həmçinin, həmin qərarı xx.xx.2021-ci il tarixində qəbul etmişdir. Qeyd edildiyi kimi, barəsində tərtib olunmuş protokol və qərar barəsində heç bir məlumatı olmamışdır. Onun ünvanına heç bir məktub göndərilməmişdir. Həmçinin, bildirmək istəyir ki, həmin avtomobili ondan başqa bir neçə şəxslər də etibarnamə əsasında istifadə edirlər lakin, hesab edir ki, sonuncu etibarnamə onda olduğu üçün cərimə məhz onun adına yazılmışdır. O, sözügedən qərar ilə razı deyil və hesab edir ki, xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərar ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, onun hüquqları kobud şəkildə pozulmuşdur. Barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar xx xxxx 2020-ci il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə xx xxxx 2021-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətində qərarı xx.xx.2021-ci il tarixində aldığını göstərsə də, ərizəyə qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şiakyət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X5 oğlunun Bakı şəhəri DYPİ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X5 oğlunun Bakı şəhəri DYPİ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar