Məhkəmə qərarları › İş №3(009)-732/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-732/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-732/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ 25494838 saylı, 11 yanvar 2025-ci il tarixli qərarından şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 11 yanvar 2025-ci il tarixli, EQ 25494838 nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 3(009)-732/2025 saylı qərarı ilə X3 şikayəti təmin edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25494838 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 may 2025-ci il tarixli, 3(103-1230/2025 saylı qərarı ilə Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 3(009)- 732/2025 saylı məhkəmə qərarı, eləcə də məhkəmənin 13 mart 2025-ci il tarixli, 3(009)- 732/2025 saylı inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında qərardadı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsi Nümayəndə3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 11 yanvar 2025-ci il tarixli qərarından verilmiş şikayət ərizəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət onu vermiş şəxsə geri qaytarılmnalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 15 may 2025-ci il tarixli, 3(103-1230/2025 saylı təsviri-əsaslandırıcı hissəsindən görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsində göstərilən və imperativ qaydada həll edilməli məsələlərə qiymət vermədən, yəni X5 tərəfindən 02 avqust 2023-cü il inzibati xəta haqqında qərarı hansı tarixdə alması araşdırılmamışdır. X1 orqanın qərarından şikayət verərəkən, ümumiyyətlə səlahiyyətli orqanın qərarından şikayətin verilməsi üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatət verməmişdir. Bu hallara münasibət bildirmədən işə mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 11 yanvar 2025-ci il tarixli, EQ 25494838 nömrəli qərarı ilə X5 tərəfindən 11 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Bülbül və Ü.Hacıbəyov küçələrinin kəsişməsindəki ərazisində "AUDİ E-TRON” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsinə əsasən Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1 -ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.1 -ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.1 -ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından müəyyən olunur ki, X4in təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş və müvafiq olaraq barəsində elektron qərar çıxarılmışdır. Qanunvericiliyin tələblərinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirillir. Nəqliyyat vasitəsinin istifadəçisi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) inzibati xəta haqqında iş üzrə qərar rəsmi qaydada verilmiş hesab olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar aiddir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1 -ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində məhkəməyə şikayət edə bilər. Lakin iş materialından görünür ki, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 11 yanvar 2025-ci il tarixli, EQ 25494838 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarını mübahisələndirmək məqsədi ilə 12 mart 2025-ci il tarixində şikayətlə müraciət etmiş, şikayət ərizəsinə ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət isə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci və 130.3-cü maddələrinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 11 yanvar 2025-ci il tarixli, EQ 25494838 nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından verdiyi şikayəti ona geri qaytarılmalı, şikayət verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət vermək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 126-cı, 130.1 və 130.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 11 yanvar 2025-ci il tarixli, EQ 25494838 nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından verdiyi şikayəti ona geri qaytarılsın. X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 11 yanvar 2025-ci il tarixli, EQ 25494838 nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət vermək hüququnun olması izah olunsun. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar