Məhkəmə qərarları › İş №3(009)-734/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-734/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-734/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası X8 İdarəsinin Bakı şəhər DYPİ-nin 18.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası X8 İdarəsinin Bakı şəhər DYPİ-nin 18.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 18.03.2022-ci il tarixdə 88 saylı xətt üzrə **- JU-*** dövlət qeydiyyat nişanlı avtobusla xidmətdə olan zaman Azneft dairəsində hərəkətdə (saat 15:36) olarkən “Hunday Elantra” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qəfl avtobusun qarşısına çıxdı. O, sərnişinlərin həyatını təhlükəyə atmamaq üçün avtobusu sola çəkdi. Bu zaman Ford Transit markalı nəqliyyat vasitəsinə toxundu. Hunday markalı nəqliyyat vasitəsi onu təhqir edərək hadisə yerindən yayındı. O, dərhal 102 xidmətinə və sığorta şirkətinə məlumat verdi. Hadisə yerinə gələn DYP əməkdaşı onu təqsirli bildi. O, təkid etsə də avtobusun kamerasına baxsın, lakin kameraya baxmadan onui təqsirli bildi. Hesab edir ki, hadisədə onun təqsiri yoxdur, hadisənin video diskini şikayətinə əlavə edir. O, qərarı 31.03.2022-ci il tarixdə almışdır. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin 18.03.2022-ci il tarixli TP4913140 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsini müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verdi və Azərbaycan Respublikası X8 İdarəsinin Bakı şəhər DYPİ-nin 18.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirdi ki, barəsində qərar çıxarılmış fiziki şəxs X3 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin 18.03.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 18 mart 2022-ci il tarixdə saat 15:30 da idarə etdiyi BMC PROCİTY 12MAVTOBUS markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti ilə hərəkət edən zaman yəni sağ zolaqdan orta zolağa-yerdəyişmə edərkən bu an orta zolaqla düzünə hərəkət edən Ford Transit yük markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsini vuraraq maddi ziyan vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsində aparılmış inzibati araşdırma zamanı Bakı şəhəri DYPİ YNH üzrə inspektoru polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinə əsasən sürücü barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş lakin sürücü X3 xətanın mövcuğunu qəbul etdiyindən 18.03.2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək inzibati qaydada cərimə tənbehi tətbiq etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətində göstərdiyi arqumentlər aşağıdakılara əsasən tam əsassızdır. Belə ki, yol nəqliyyat hadisəsi zamanı tam və hərtərəfli obyektiv araşdırma aparıldıqdan sonra İXM-nin 327.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati araşdırma zamanı izahatı alınmış Ş.F.Yusubova hüquq və vəzifələri izah edilmiş bunu qəbul edib imza etmişdir. Belə ki, o, izahatında göstərmişdir ki, 18.03.2022-ci il tarixində saat 15:30 radələrində yol vərəqəsi ilə idarə etdiyi BMC PROCİTY markalı ** JU *** d.q.n avtobusu Azneft meydanı tərəfdən Əl oyunları sarayı istiqamətində hərəkət edərkən sağ zolaqdan orta zolağa yerdəyişmə etmiş və orta zolaqla düzünə hərəkət edən Ford Transit markalı ** NB *** d.q.n. avtomobilin sağ yan hissəsini vuraraq maddi ziyanla nəticələnən YNH-si törətmiş sol yan güzgüsü Fordun sağ yan hissəsinə dəymişdir. İşin faktiki hallarından məlum olur ki. Ş.F.Yusubov hərəkət zamanı zolaqlar üzrə yerdəyişməni edərkən hərəkət təhlükəsizliyinə riayət etmədən manevr etmə qaydasını pozaraq yol nəqliyyat hadisəsinin törədilməsinə səbəbkar olmuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən. ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Maddənin tələbindən göründüyü kimi mexaniki nəqliyyat vasitəsinin sürücüsü X3 idarə etdiyi BMC PROCİTY 12MAVTOBUS markalı 99-JU- 872 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Səbail rayonu. Neftçilər prospekti ilə hərəkət edərkən yol hərəkəti haqqında qanunun bu maddəsinin tələbini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Hesab edir ki, işin faktiki halları ilə yanaşı inzibati araşdırma zamanı iş üzrə toplanmış (izahatlar, yol nəqliyyat hadisəsinin sxemi, protokol ) sübutlar əsasında düzgün olaraq Ş.F.Yusubov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri DYPİ-nin 18.03.2022-ci il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarınİ araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X8 İdarəsinin Bakı şəhər DYPİ-nin 18.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 18.03.2022-ci il tarixdə, saat 15:30-da Neftçilər prospektində BMC PROCİTY 12M AVTOBUS markalı, 99JU872 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1.-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilərkən müəyyən edlir ki, 18.03.2022-ci il tarixdə 88 saylı xətt üzrə **-JU-*** dövlət qeydiyyat nişanlı avtobus Azneft dairəsində hərəkətdə (saat 15:36) olarkən “Hunday Elantra” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qəfl avtobusun qarşısına çıxmış, sürücü avtobusu sola çəkmək istədikdə Ford Transit markalı nəqliyyat vasitəsinə toxunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası X8 İdarəsinin Bakı şəhər DYPİnin 18.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X6 oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı müddətdə nəqliyyat vasitəsinin idarə etmiş və nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X2 əməli düzgün olaraq İXM-in 332.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası X8 İdarəsinin Bakı şəhər DYPİ-nin 18.03.2022-ci il tarixli TP ******* saylı qərar qanuni və əsaslı olduğundan həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X6 oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 oğlunun şikayəti təmin edilməsin. Azərbaycan Respublikası X8 İdarəsinin Bakı şəhər DYPİ-nin 18.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar