Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-735/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin direktoru X1 iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 nümayəndəsi X11 izahatında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə qəbul ediləcək qərarın məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin direktoru X7 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, onun tərəfindən “xxxx” ASC ilə 07 iyun 2018-ci il tarixdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı müddətsiz icbari sığorta müqaviləsi bağlanmışdır. Bundan əlavə 16.03.2021-ci il tarixdə “xxxx” Sığorta Şirkəti ilə də eyni məzmunlu müqavilə bağlanmış və həmin müqavilədə öz növbəsində müddətsiz bağlanmışdır. Göründüyü kimi müqavilələr qanuni şəkildə bağlanmış, bağlanarkən isə heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə olan halda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi yaranmır. Göstərdiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, “xxxx” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, materiala əlavə edilmiş əmək müqavilələrinə əsasən X3 (aşbaz), X12 (xadimə), X13 (aşbaz köməkçisi), X8 (aşbaz köməkçisi), X4 (ofisiant) və X9 (ofisiant) ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək müqavilələri bağlanaraq işə qəbul edilmişlər. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” ASC ilə 07 iyun 2018-ci il tarixdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı müddətsiz icbari sığorta müqaviləsi bağlanmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Sığorta Şirkəti ilə 16 mart 2021-ci il tarixdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı müddətsiz icbari sığorta müqaviləsi bağlanmışdır. “xxxx” ASC-nin X10 ünvanladığı 26.10.2020-ci il tarixli məktubundan görünür ki, “xxxx” ASC ilə İSB-nin mərkəzləşdirilmiş proqram təminatında buraxılmış ümumi müqavilələr üzrə 692 sayda təşkilat, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti daxil olmaqla 2020-ci il ərzində sığorta haqqı ödəmədikləri üçün müqavilələrə birtərəfli qaydada xitam verilmişdir. 18 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 25-ci maddəsinə əsasən işçilərin (7 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmiş və buna görə də “xxxx” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tərkibini yaradır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” ASC ilə 07 iyun 2018-ci il tarixdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı müddətsiz icbari sığorta müqaviləsi bağlanmışdır. Bundan sonra “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Sığorta Şirkəti ilə 16 mart 2021-ci il tarixdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı müddətsiz icbari sığorta müqaviləsi bağlanmışdır. Həmçinin müəyyən edilmişdir ki, hazırki iş üzrə X6 araşdırma 26 fevral 2021-ci il tarixdə başlamış və həmin araşdırmanın nəticəsi olaraq 18 mart 2021-ci il tarixdə “xxxx” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” ASC arasında bağlanmış 07 iyun 2018-ci il tarixli müddətsiz müqavilənin qüvvədə olmasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 səthi araşdırma apararaq qanunsuz və əsassız protokol tərtib etmişdir. Bundan əlavə X14 tərəfindən araşdırma aparılarkən “xxxx” ASC ilə İSB-nin mərkəzləşdirilmiş proqram təminatında buraxılmış ümumi müqavilələr üzrə 692 sayda təşkilatın, “xxxx” MMC daxil olmaqla 2020-ci il ərzində sığorta haqqı ödəmədikləri üçün müqavilələrə birtərəfli qaydada xitam verilməsinə məhəl qoyulmamışdır. Yəni həmin müqavilələrə bir tərəfli qaydada xitam verilməsinin qanuni əsaslarla həyata keçrilməsi araşdırılmamışdır. Halbuki, qanunvericiliyə əsasən müqavilə bir tərəfli qaydada xitam edilə bilməz. Beləliklə, “xxxx” MMC barəsində 18 mart 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda göstərilən müddəaları kobud şəkildə pozulduğundan, məhkəmə hesab edir ki, hazırki iş üzrə “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzbati xəta tərkibi aşkar edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-117, 128-130 və 469.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-735/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-735/2021
19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver